Ailənin 5 övladından biri, İkinci Vətən Müharibəsinin bir ayının tamamında Şəhidlik məqamına ucalan-GORANBOYLU-QARAÇİNARLI FARİZ TACİR OĞLU CƏFƏROV… – FOTOLAR

Tacir Fariz oğlu Cəfərov…

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən biri…

Vətən sevdalımız, İgidimiz, Qəhrəmanımız, Nur üzlümüz…

Tacir 2001-ci ilin 9 fevral tarixində Goranboyun Qaraçinar kəndində, sadə bir ailədə anadan olub.

Ailədə də  5 uşaq-3 qardaş, 2 bacı olublar.

Orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Şərəfli döyüş yolu bir ay çəkib və oktyabr ayının 27-də Füzuli-Xocavənd istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra ailəsinə təhvil verilib və oktyabrın 29-da Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də subay olub.

Bu ilin iyun ayının 10-da isə Goranboy rayonununda-adını daşıyan küçədə “Şəhid bulağı”nın açılışı olub…

***

Bu gün axşam saatlarında Goranboylu Şəhid ailələri-Şəhid bacıları və Qazilərlə birlikdə Tacir Cəfərovun ocağını, ailəsini, valideynlərini ziyarət etdik…

Onlara bir daha Allahdan səbr və dözüm dilədik, bir daha Şəhidimizin ruhu qarşısında baş əydiyimizi bildirdik…

Bir daha “Şəhidimizin məkanı cənnətlik, dərgahı mübarək olsun!”-dedik…

Şəhidimizin ailə üzvləri, valideynləri ilə bir xeyli söhbətləşdik, həmdərd olduq, Tacirin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yoluna birlikdə nəzər saldıq…

Bir daha kövrəldik, bir daha təsirləndik, bir daha Qürurlandıq, bir daha İftixar hissi keçirdik…

Bəli, bu günümüzə, dinclik və əmin-amanlığımıza, təhlükəsizliyimizə görə Tacirə və cəmir Tacirlərə, Şəhidlərə borcluyuq və heç zaman onların borcundan çıxa bilmərik, çıxa bilməyəcəyik…

Bir ömür boyu onlara borcluyuq və borclu qalacağıq…

Ruhu, ruhları şad olsun!

Nur içində yatsın, Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 214 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Read Next

Ermənistan tərəfindən açılan atəş nəticəsində 3 hərbi qulluqçumuz-YARALANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir