Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Kürdəmir rayonunun ilk İkinci Vətən Müharibəsi Şəhidi Adəm Əliyevin Kürdəmir şəhəri Tofiq İsmayılov adına 1saylı tam orta məktəbdə adına verilən sinfin (nümunəvi fizika kabinetinin) açılış mərasimi olub.
Etikxeber.az-ın xəbərinə görə, açılış mərasimi səhər saatlarında keçirilib.
Açılışda Şəhidin ailə üzvləri, Kürdəmirdən, Şəmkirdən, Bakıdan, Qəbələdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, adıçəkilən məktəbin müəllim və şagird heyəti və digərləri iştirak ediblər.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Açılış mərasimində çıxışlar edilib, Şəhidin həyat və döyüş yolundan bəhs olunub, məktəblilər tərəfindən Şəhidlərə və Vətən həsr olunmuş şeirlər səsləndirilib.
Mərasimdə duyğulu, təsirli, kövrək anlar yaşanıb.
Şəhidin anası Akifə Ağayeva öz növbəsində məktəbin rəhbərliyinə və mərasim iştirakçılarına öz minnətdarlığını ifadə edib.
Sonra Şəhidin Kürdəmir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Daha sonra “Günəş” şadlıq sarayında Şəhidlə bağlı mərasim düzənlənib.
Mərasimdə də Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, eyni zamanda, Şəhidin ruhuna dualar edilib, Vətənə və Şəhidlərə həsr olunmuş mahnılar ifa edilib və səsləndirilib.
Həmçinin, Şəhidin ailəsinə bir daha başsağlığı verilib, bir daha Allahdan səbr və dözüm arzulanıb.
***
Qeyd edək ki, Adəm Əliyev 2000-ci ilin noyabr ayının 19-da dünyaya gəlib.
Ailədə iki qardaş olublar.
Qardaşı Arif evin böyük, Adəm isə ailənin kiçik övladı olub.
Anları tərəfindən təkbaşına və kirayə(lər)də böyüdülüblər.
İkinci Vətən Müharibəsində MAXE kimi iştirak edən Adəm Əliyev sentyabr ayının 28-də Kəlbəcər-Murov istiqamətində Şəhidlik məqamına ucalıb.
Nəşi 29 sentyabr tarixində Kürdəmir rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidliyindən sonra 3 medalla təltif olunub.
O, həm də subay olub.
Nur içində yatsın!
12:50
***
FOTOLAR:
14:12
***
14:25
***
14:29
***
15:15
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az