Ailənin iki övladından biri, evin tək və subay oğlu-Azərbaycan Ordusun Əsgəri- QARADAĞLILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RUSLAN ABBASOVUN BU GÜN 23 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bakının Qaradağ rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ruslan Hikmət oğlu Abbasovun doğum günüdür.

Ruslan Abbasovun bu gün 23 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin Lökbatan Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Şəhidin ailəsinə-anası Leyla xanıma, atası Hikmət kişiyə və tək bacısına Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı ailəsinin Lökbatan qəsəbəsində yaşadığı mənzildə mərasim düzənlənib.

Mərasimdə bir daha Şəhidin ruhuna dualar oxunub.

Şəhidin Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə Şəhidin ailə üzvləri, Bakının Qaradağ rayonundan, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Ruslan Abbasov 2000-ci ilin may ayının 25-də Qaradağ rayonunun Sahil qəsəbəsində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu idi.

Sadə, sakit, mehriban, gülərüz bir uşaq olub.

Orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.

Əvvəlcə Ağcabədi, sonra isə Beyləqan istiqamətində yerlşən “N”saylı hərbi hissədə xidmət edib.

İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Şərəfli döyüş yolu 18 gün çəkib və 2020-ci ilin oktyabrın 14-də Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 2 gün sonra, oktyabrın 16-da Lökbatan Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

FOTOLAR:

13:14

***

13:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikeber.az

Read Previous

Xalq yazıçısı, sabiq millət vəkili və keçmiş səfir- 2-Cİ DƏRƏCƏLİ “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ORDENİ İLƏ TƏLTİF OLUNDU – SƏRƏNCAM – YENİLƏNİB

Read Next

Səlahiyyət sahiblərinin könlündəki “mülk”… Və ya “mülk” bəhanəsinə son qoyulacaqmı-TƏK, ALİ TƏHSİLLİ VƏ SUBAY ÖVLADINI İTİRMİŞ ŞƏHİD ANASI NƏHAYƏT, ŞƏHİDİNİN HAQQI OLAN MƏNZİLLƏ TƏMİN EDİLƏCƏKMİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir