“Övladlarımız, Şəhidlərimiz ölməyiblər, quş kimi uçub gediblər…”- ŞƏHİD VÜSAL HƏSƏNOVUN ANASI MƏRİFƏT XANIM…- – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin iki oğlan övladından biri və subay Vüsal Ariz oğlu Həsənovun Anım Günüdür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Düz bir il öncə-bu gün, 3 dekabr tarixində Vüsal Həsənovun nəşi Şabran (Dəvəçi) rayonunun Zeyvə kənd qəbiristanlığında, atasının yanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, 1997-ci ilin 3 iyul tarixində sadə, zəhmətkeş bir ailədə anadan olan Vüsal Həsənov 21 sentyabr 2021-ci il tarixində səfərbərliyə cəlib olunub, İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüşlərdə olub.

Axırıncı dəfə ailəsi, anası ilə oktyabrın 5-də, axşam saatlarında danışıb.

Sonra ondan xəbər almaq mümkün olmayıb.

Və oktyabr ayının 11-də Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Amma uzun müddət, iki aya yaxın ərzində nəşini əldə etmək mümkün olmayıb.

Yalınız dekabr ayında nəşi əldə edilib və dekabrın 3-də Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Qeyd edək ki, Vüsal atasını bir neçə il öncə itirib.

O, ailənin iki övladından biri, evin böyük övladı, böyük oğlu olub.

Vüsal həm də subay olub.

***

Anım Günü ilə bağlı bu gün Şəhidin Badamdar qəsəbəsində, yaşadığı evin həyətində anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Ruhuna dualar oxunacaq.

Mərasimdə Şəhidin anası və tək qardaşı, yaxınları, qonuşaları, Səbailli Şəhid anaları, Şəhid ailələri, din xadimləri, Qazilər, Səbail rayon rəhbərliyi və başqa şəxslər iştirak edəcəklər.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

00:00

***

Anım Günü ilə bağlı bu gün Şəhidin yaşadığı evin həyətində anım mərasimi keçirilib.

Mərasimdə Şəhidin anası Mərifət xanım və tək qardaşı Nuran, qohumları, yaxınları, qonuşları, Səbaildən olan Şəhid anaları, Vüsal Həsənovun döyüşçü yoldaşları, hərbçilər, Qazilər, din xadimləri, məktəblilər, Səbail rayon rəhbərliyi iştirak və digər şəxslər ediblər.

Mərasimdə Şəhidin və cəmi Şəhidlərin ruhlarına dualar oxunub.

Mərasim iştirakçıları Şəhidin anasına və əzizlərinə başsağlığı verib, onlara Allahdan səbr diləyiblər.

Şəhidin anası Mərifət xanımın dediklərindən:

“Vüsal mənim hər şeyim idi…Həm böyük övladım, həm oğlum, həm sirdaşım, hər qardaşım, həm dostum idi…Onunla bağlı çox arzularım vardı…Onsuz mənə çox çətindir…Amma dözürəm, dözməliyəm…Onun xatirəsinin yaşaması, yaşadılması üçün yaşamalıyam…Övladım ölməyib, Şəhidlər ölməyiblər, onlar quş kimi uçub gediblər…Ölən bizik, ölü bizik…Şəhid anaları…Şəhid ailələri…Allah balam da daxil olmaqla, cəmi Şəhidlərimizin məkanlarını cənnətlik etsin, bizlərə, Şəhid analarına, Şəhid ailələrinə isə səbr versin!”

Anım mərasimi 3 saatdan çox çəkib.

14:50

FOTOLAR:

ŞƏHİD ANASI…QƏHRƏMAN ANA…

SƏBAİLLİ ŞƏHİD ANALARI…QARŞILARINDA BAŞ ƏYİLƏCƏK, BAŞ ƏYİLƏN ANALAR…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evin tək-subay oğlu, nəşi 61 gündən sonra torpağa tapşırılan-SƏİD ƏDİLOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİR İL KEÇDİ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Şuşa fatehlərindən olan Aqil Quliyevin Cənnətdəki ikinci ad günü-BU GÜN ONUN 21 YAŞI TAMAM OLDU VƏ…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir