Ailənin iki övladından biri və tək oğul, MAXE, 3 medallı-SƏRVAN SƏRXAN OĞLU ŞÜKÜROV – CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ OLAN ŞƏHİDİN 24 YAŞI TAMAM OLDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün Bərdənin Kələntərli kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sərvan Sərxan oğlu Şükürovun ad günüdür.

Sərvan Şükürovun bu gün 24 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Sərvan Sərxan oğlu Şükürov 1998-ci ilin avqust ayının 26-da Bərdənin Kələntərli kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailədə iki övlad-bir bacı-bir qardaş olublar.

Sərvan 2004-2015-ci illərdə orta məktəbi oxuyub, təhsilini başa vurduqdan bir il sonra, 2016-cı ildə hərbi xidmətə yollanıb və 2017-ci ildə Əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb.

Amma bir müddət sonra həyatını, taleyini yenidən hərblə, Ordu ilə bağlayıb.

2019-cu ildən MAXE kimi fəaliyyət göstərməyə başlayıb və İkinci Vətən Müharibəsində də hərbçi-MAXE kimi iştirak edib.

Şərəfli döyüş yolu cəmi 7 gün çəkib və 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşan istiqamətində döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi elə həmin gün, oktyabrın 3-də Kələntərli kəndində, Şəhidlər Xiyabanında dəfn edilib, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, Sərvanın adı da təsadüfi seçilməyib.

Belə ki, atası-1974-cü il təvəllüdlü Sərxan Şükürov Birinci Qarabağ Savaşının iştirakçılarından olub və 1994-cü ildə Füzuli istiqamətində ağır döyüşlərdən birində Sərvan adlı dostunu itirib.

Və 4 il sonra, 1998-ci ildə övladına Şəhid dostunun-Sərvanın adını verib.

Sərvan həm də Kələntərlinin beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

12:30

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə çıxışlar edilib.

Bir daha Şəhidin ruhuna dualar edilib, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Məzarını ziyarətdə və Cənətdəki ikinci doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, Şəhid ailələri və digərləri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

19:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olmasının-YENİ GÖRÜNTÜLƏRİ… – FOTO-VİDEO

Read Next

Oğuz Şəhidləri: Sincanlı-daxmada böyüyən Elşən Nurəliyev və Xaçmazlı-atasını vaxtsız itirən Orxan Rəhimli…ELŞƏN FÜZULİDƏ, ORXAN İSƏ XALASI OĞLU İLƏ EYNİ GÜNDƏ-ŞUŞADA ŞƏHİD OLUB…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir