Ailənin iki və subay övladından biri, 6 medallı-QAZİ İBAD KAZIM OĞLU NOVRUZZADƏ – VƏTƏN SEVDALIMIZ İŞLƏ TƏMİN OLUNACAQMI? – FOTOLAR

İbad Kazım oğlu Novruzzadə…

Tarixi 44 günlük İkinci Vətən Müharibəsinin iştirakçılarından, Vətən sevdalılarından, Qəhrəmanlıq dastanı yazan Oğullardan biri…

İbad 2001-ci ilin 5 fevral tarixində Bərdənin Soğanverdilər kəndində-sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki övladından, iki qardaşdan biridir və qardaşı da sabah-4 yanvar tarixində hərbi xidmətə yola düşür…

İbad orta məktəbi bitirdikdən sonra, 2019-cu ildə hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Sülməramlı qüvvələrdə xidmət edib…

İkinci Vətən Müharibəsində də Sülhməramlı qüvvələrin Əsgəri kimi ilk gündən döyüşlərdə iştirak edib…

Döyüşüb, vuruşub və şücaətlər göstərib…

Döyüş yolu da uzun və şərəfli olub…

Cəbrayıldan Qubadlıya, Qubadlıdan Laçınacan 25 günlük döyüş yolu keçib…

Və oktyabrın 22-də Laçının Güləbird kəndində döyüşlər zamanı ağır yaralanıb…

Eyni zamanda, Laçına ilk daxil olan 5 Vətən sevdalısından biri olub…

Yaralanması ilə əlaqədar xeyli müddət müalicə-müayinə keçib…

Səhhətində hələ də problemlər qalmaqdadır…

Amma hələlik əlillik dərəcəsi müyyənləşdirilməyib və özünün dediyinə görə, bu istiqamətdə işlər gedir…

İbad döyüşlərdə, İkinci Vətən Müharibəsində göstərdiyi İgidlik və Qəhrəmanlığa görə, nə az-nə çox, düz 6 medalla təltif olunub…

O, həm də subaydır…

İgidimiz, Vətən sevdalımız eyni zamanda, işsizdir və özünü, ailəsini dolandırması üçün işə ciddi ehtiyacı var…

İstəyir ki, səhhətinə uyğun və normal məvacibli bir işlə təmin edilsin…

Bu istəyində də tam haqlıdır…

Ancaq çox təəssüflər ki, hələ də iş təklifləri almır, gəlmir…

Ona görə yaxşı olardı ki, Bərdə rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumu İbadın durumunu, səhhətini nəzərə alıb, onu normal bir işlə təmin etsin…

Hər halda inanmaq və ümid etmək istərdik ki, yenicə qədəm qoyduğumuz 2022-ci ilin elə ilk günlərində Qazimiz normal işlə təmin olunacaq, sevindiriləcək, eyni zamanda, əlillik dərəcəsinin müəyyənləşdirilməsi prosesi başa çatacaq, məsələ uzadılmayacaq.

Məsələni də diqqətdə saxlayacağıq.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava buludlu olacaq, dağlıq rayonlarda qar yağacaq-SABAH

Read Next

273 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir