Ailənin tək oğlu, iki övlad atası Elman Həsənovun Cənnətdəki ad günündə-29 YAŞININ TAMAMINDA ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİM DÜZƏNLƏNDİ -FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Goranboyun-Qızılhacılı qəsəbəsinin ilk Vətən Müharibəsi Şəhidlərindən olan ailənin iki övladından biri, evin tək oğlu, iki oğlan atası Elman Mehman oğlu Həsənovun doğum günüdür.

Elman Həsənovun bu gün 29 yaşı tamam olur və bu, onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Elman Mehman oğlu Həsənov 1993-cü ilin fevral ayının 28-də Qızılhacılı qəsəbəsində sadə bir ailədə anadan olub.

Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.

Analarını illər öncə vaxtsız itiriblər.

2014-2017-ci illərdə MAXE kimi Orduda qulluq edən Elman Həsənov 2020-ci ildə yenidən, İkinci Vətən Müharibəsindən bir müddət öncə Orduya qayıdıb.

O, İkinci Vətən Müharibəsinin elə ilk günündə, ağır döyüşlərin elə ilk saatlarında, təxminən 11-12 radələrində çox ağır şəkildə yaralanıb və yolda dünyasını dəyişib, Şəhid olub.

Sentyabrın 27-də və 27 yaşında Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, sentyabrın 28-də torpağa tapşırılıb, Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Elman həm də ailəli, iki övlad, iki oğlan atası olub.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında Elman Həsənovun məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri-atası, həyat yoldaşı və iki övladı, bacısı, yaxınları, Qızılhacılı, Goranboy və Naftalandan olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyatətdən sonra Şəhidin adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq.

Açılışdan sonra isə mərasim keçiriləcək, adına ehsan veriləcək.

Mərasimdə bir daha Şəhidin və Şəhidlərin ruhlarına dualar oxunacaq.

Məqamı Uca, Cənnətdəki ikinci ad günü, 29 yaşı mübarək olsun!

Nur içində yatsın!

00:00

***

Saat 11:00-da Şəhidin məzarının ziyarəti başlayıb.

Ziyarətdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, məktəblilər, din xadimləri, Goranboy rayon İcra Hakimiyyətinin rəhbər-məsul şəxsləri və digər şəxslər iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

1 saata yaxın davam edən ziyarətdən sonra Qızılhacılı qəsəbə məscidinin önündə Şəhidin adını daşıyan “Şəhid bulağı”nın açılış olub.

Açılışda da Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, qəsəbə sakinləri, məktəblilər, din xadimləri, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və İcra Hakimiyyətinin məsul nümayəndələri iştirak ediblər.

Mərasimdə icra başçısı Məhərrəm Quliyev və digər şəsxlər çıxış ediblər.

İcra başçısı çıxışında 30 illik Qarabağ münaqişəsindən, tarixi İkinci Vətən Müharibəsindən, Şəhidlərimizin Qələbə və Zəfərimizdəki rolundan, xidmətlərindən bəhs edib.

Bildirib ki, Elman Həsənov da daxil olmaqla, cəmi Şəhidlərimiz İkinci Vətən Müharibəsində Qəhrəmanlıq, İgidlik salnaməsi yaradıblar.

M. Quliyev Şəhidlərimizlə Qürur duyulduğunu, Fəxr edildiyini sözlərinə əlavə edib.

Mərasimdə məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Çıxışlardan sonra “Şəhid bulağı”nın üzərindən ağ örpək götürülüb və bulağın açılışı edilib.

Daha sonra Şəhidin evində mərasim keçirilib, adına ehsan verilib.

14:30

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

***

14:55

***

“ŞƏHİD BULAĞI”NIN AÇILIŞ MƏRASİMİ…

ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN AİLƏLƏR…

15:20

***

VƏ CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM, EHSAN SÜFRƏSİ…

Etikxeber.az

Read Previous

Mehdi Səlimzadə icra başçılığından-GETDİ – SƏRƏNCAM

Read Next

Yoluxmada azalma-369 nəfər – DAHA 17 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir