Ailənin tək oğlu, iki övlad atası, üç medallı-ORXAN İSMAYILOVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: BU GÜN ONUN 32 YAŞI TAMAM OLUR…

Bu gün Bakının Səbail rayonunun (həm də Ucarın Məlikballı kəndinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin iki övladından biri, evin tək və ailəli oğlu Orxan Zöhrab oğlu İsmayılovun ad günüdür.

Orxan İsmayılovun bu gün 32 yaşı tamam olur və bu, onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Orxan İsmayılov 23 yanvar 1990-cı il tarixində Ucar rayonunun Məlikballı kəndində anadan olub.

Sonra ailəsi ilə birlikdə Bakıya köçüb, Bakıda, Səbail rayonunda yaşayıb.

O, 1997-ci ildə Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı məktəbin 1-ci sinfinə gedib.

2006-cı ildə 9-cu sinfi bitirdikdən sonra, yəni, elə həmin ildə də Ucar rayonunun Məlikballı kənd tam orta məktəbində təhsilini (10-11-ci sinifləri) davam etdirib.

2008-ci ildə 11-ci sinfi bitirib, həmin ildə də hərbi xidmətə yollanıb.

Hərbi xidmətini Bərdə rayonundakı hərbi hissələrdən birində keçirib, tankcı vəzifəsində xidmətə başlayıb.

2010-cu ilin 2 yanvar tarixində isə ordu sıralarından ehtiyata buraxılıb və elə həmin ildən avtomobil servisində çilingər işləməyə başlayıb.

Cəmi bir il sonra, 21 yaşında, 2011-ci ilin noyabr ayının 15-də ailə həyatı qurub, iki övladı dünyaya gəlib.

Böyük oğlu İsmayilzadə Zöhrab Orxan oğlu 27.12. 2012-ci ildə, kiçik oğlu İsmayılzadə Ayxan Orxan oğlu 14.02. 2014-cü ildə anadan olub.

2020-ci ilin 21 sentaybr tarixində isə könüllü olaraq, səfərbərliyə cəlb olunub və cəmi 6 gün sonra İkinci Qarabağ Müharibəsi ilə əlaqədar döyüşlərə yollanıb…

…Və bir həftə sonra, oktyabrın 4-də Füzuli istiqamətində döyüşlərdə Vətən yolunda qəhrəmancasına həlak olaraq, Səhidlik zirvəsinə ucalıb.

O, Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci ad günü, 32 yaşı mübarək olsun!

Allah ailəsinə səbr və dözüm versin!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Goranboyda dəhşətli yol qəzası: ÖLƏNLƏRİN SAYI 3-Ə ŞATDI-YENİLƏNİB

Read Next

“Niyə və nə vaxta qədər övladı Şuşa uğrunda qurban getmiş Şəhidin anası evindən çıxıb əsgərlikdən yayınan qonşu oğlunun “Şuşa marketi”ni görməlidir?”-DEPUTATDAN KƏSKİN ETİRAZ VƏ ÖNƏMLİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir