Ailənin tək oğlu, peşəkar hərbçi, Gizir, üç övladı əmanət qalan Allahverdi Ələkbərovun-BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOGUM GÜNÜDÜR, ONUN 36 YAŞI TAMAM OLUR… – FOTOLAR

Bu gün Ucar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Allahverdi Məzahir oğlu Ələkbərovun doğum günüdür.

Allahverdi Ələkbərovun bu gün 36 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Allahverdi Ələkbərov 1987-ci ilin fevral ayının 15-də Ucar rayonunda dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu olub.

Orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə gedib və həqiqi hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.

Sonra həyatını yenidən hərb, Ordu ilə bağlayıb və Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində “Gizirlik” kursunda oxuyub.

Gizir rütbəsini daşıyıb və Azərbaycan Ordusunda peçəkar hərbçi kimi fəaliyyətə başlayıb.

Bir Vətən sevdalısı, Vətən fədaisi kimi, İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

Döyüşüb, vuruşub, bir sıra qəhrəmanlıqlara imza atıb və 2020-ci ilin oktyabr ayının 20-də Qubadlı istiqamətində qanlı döyüşlərdən birində ağır yaralanıb.

Axırıncı dəfə ailəsi, həyat yoldaşı ilə noyabr ayının 10-da yazışıb, mesajlaşıb.

Ancaq sonradan səhhəti pisləşib, həkimlərin müdaxiləsinə, səylərinə baxmayaraq, Onun həyatını qurtarmaq mümkün olmayıb və Qələbə günündə, noyabr ayının 10-da, axşam saatlarında gözlərini Əbədiyyətə yumub, Şəhid olub.

Nəşi bir gün sonra, noyabrın 11-də Ucar rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də ailəli olub.

2009-cu ildə Aydan adlı qızla evlə evlənib, üç övladı-Əlihüseyn, Məhəmməd və Fidan adlı övladları dünyaya gəlib.

Üç övladı Vətənə əmanət qalıb və hazırda hər üçü də orta məktəbdə oxuyurlar.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 36 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Rəssamlıq Akademiyasının yeni rektoru Natiq Əliyev oldu-SƏRƏNCAM

Read Next

Daha 24 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir