Ailənin tək övladı, ali təhsilli və subay-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RÜFƏT MUSTAFAYEVİN ONSUZ QEYD EDİLƏN VƏ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Sumqayıt şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rüfət Zöhrab oğlu Mustafayevin doğum günüdür.

Rüfət Mustafayevin bu gün 27 yaşı tamam olur.

Bu, həm də Şəhidin Onsuz qeyd edilən və Cənnətdəki üçüncü doğum günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Qubadlılı olan Rüfət Mustafayev 1996-cı ilin mart ayının 12-də, Sumqayıt şəhərində dünyaya gəlib.

Evin-ailənin tək övladı olub.

Orta məktəbi bitirdikdən sonra, 2013-cü ildə Azərbaycan Texniki Universitetinə (ATU) daxil olub və 2017-ci ildə ali təhsilini başa vurub.

Ali təhsilini başa vurduqdan sonra bir müddət işləyib, 2019-cu ilin oktyabrında isə həqiqi hərbi xidmətə yollanıb.

Goranboy istiqamətində yerləşən hərbi hissələrdən birində hərbi xidmətə başlayıb.

Əsgərliyinin başa çatmasına az qalmş isə İkinci Vətən Müharibəsi başlayıb və Azərbaycan Ordusunun Əsgəri kimi Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak edib.

Sonuncu dəfə anası ilə oktyabrın 8-də, atası ilə oktyabrın 9-da danışıb.

Və bir gün sonra, döyüşlərin 14-cü günündə, oktyabr ayının 10-da Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 3 gün sonra, oktyabrın 13-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Eyni zamanda, Şəhidin valideynləri övladlarının ordenlə təltif olunmasını istəyir və tələb edirlər.

24 yaşında Şəhidlik məqamına ucalan Rüfət həm də subay olub.

https://etikxeber.az/ail%c9%99nin-t%c9%99k-v%c9%99-subay-ovladi-ali-t%c9%99hsilli-3-medalli-s%c9%99hid-ruf%c9%99t-zohrab-oglu-mustafayev-v%c9%99-ya-t%c9%99k-ovladlarini-s%c9%99hid-vermis-iki-yarali-d%c9%99rdli-ana-a/

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Sumqayıt şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarı başında çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Çıxışlarda tarixi İkinci Vətən Müharibəsindən, Qələbə və Zəfərimizdən, Rüfət Mustafayevin və cəmi Şəhidlərin İgidliyi və Qəhrəmanlığından bəhs edilib.

Sonra Sumqayıtdakı “Love” şadlıq sarayında Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan verilib.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Mərasim zamanı həmçinin, Şəhidin ruhuna bir daha dualar oxunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik edilib.

Şəhidlərə həsr olunmuş mahnılar, İlahilər ifa edilib.

Mərasimdə kövrək, təsirli anlar da yaşanıb.

Şəhidin məzarını ziyarət və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Rüfət Mustafayevin valideynləri, yaxınları, dostları, Şəhid ailələri, Qazilər, Qubadlı rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri, məktəblilər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 27 yaşı mübarək olsun!

Nur içində yatsın!

13:30

***

FOTOLAR:

17:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Növbəti buraxılış imtahanı keçiriləcək-BU GÜN

Read Next

Daha 36 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir