Ailənin tək, subay oğlu, ali təhsilli, diplom və məktəb Haqqı hələ də tanınmayan 23 yaşlı-CƏMİL MƏMMƏDLİNİN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ: MƏZARI ZİYARƏT OLUNDU, “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, 23 YAŞININ TAMAM OLMASI İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün Bakının Səbail rayonunun, həm də İsmayıllının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Habil oğlu Məmmədlinin doğum günüdür.

Bu gün onun 23 yaşı tamam olur.

Bu, həm də Cəmil Məmmədlinin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, evin tək və subay oğlu, ali təhsilli Cəmil Məmmədli 1999-cu ilin iyulun 28-də Məmmədovlar ailəsində dünyaya gəlib.

Ailəsi ilə birlikdə Bakının Səbail rayonunun Bayıl qəsəbəsində, olduqca şəraitsiz, 18 kvadratmetrlik darısqal bir evdə yaşayıblar.

2020-ci ilin iyulunda ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və Azərbaycan Ordusun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib.

2020-ci ilin oktyabrın 14-dən 15-nə keçən gecə isə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb.

Nəşi elə həmin gün İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, İkinci Vətən Müharibəsində Cəmil Məmmədlinin daha iki qohumu- ali təhsilli Aqil Mirzəliyev və Teymur Osmanlı da Şəhid olublar.

Şəhidliyindən sonra bir neçə medalla təltif edilib.

Cəmilgil həm də ailədə iki övlad, bir bacı, bir qardş olublar.

Bacısı Aybəniz xanım hazırda nişanlıdır.

Şəhidin ailəsi övladlarının Haqqı olan ordenlə təltif olunmasını və oxuduğu məktəbə Cəmil Məmmədlinin adını verilməsini istəyir və tələb edirlər.

Eyni zamanda, övladlarının diplomunun onlara təhvil verilməsini, təqdim olunmasını istəyirlər.

Hər dəfə söz verilsə də, ancaq hər üç məsələ yubadılır, uzadılır.

Ailəsi isə hər üç məsələnin müsbət və tezliklə həll olunmasını səbrsizliklə gözləyirlər.

10:00

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhuna dualar oxunub, qısa çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Sonra İsmayıllı şəhərinə bitişik Mican kəndində Cəmil Məmmədlinin adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

Açılışda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Eyni zamanda, çıxışlar edilib, Şəhidin keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs edilib.

Şəhidin ailəsi də öz növbəsində “Şəhid bulağı”nın başa gəlməsində əməyi olanlara-Sarvan Kərimova, Emin Dəmirova və Nurlan Baxışova, o cümlədən ziyarət və mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Sonra “Şəhid bulağı”nın üzərindən örpək götürülüb, bulağın açılışı edilib.

12:40

***

Daha sonra İsmayıllıda yerləşən mərasim zalında Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Şəhidin ruhuna bir daha dualar edilib, ailəsinə bir daha Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Məzarını ziyarətdə, “Şəhid bulağı”nın açılışında və Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, İsmayıllı Səbail rayonundan olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, rayon sakinləri, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının bəzi üzvləri, millət vəkili Novruz Aslan, İcra başçısı Nahid Bağırov başda olmaqla İsmayıllı rayon İcra Hakimiyyətinin rəhbərliyi və və başqa şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:10

***

FOTOLAR:

13:40

***

14:10

***

15:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hər kəs dərs çıxarmalıdır-MİLLƏT VƏKİLİ YAZDI

Read Next

Elm və Təhsil Nazirliyi yaradıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir