Ailənin tək və subay oğlu, 5 medallı-ŞƏHİD FUAD XANKİŞİYEVLƏ BAĞLI “VƏTƏN FƏDAİSİ” ADLI TƏDBİR KEÇİRİLDİ, MƏZARI ZİYARƏT OLUNDU – YENİLƏNİB – (3)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin tək və subay oğlu, rəssam-dizayner, idmançı, 5 medallı Fuad Şöhrət oğlu Xankişiyevlə bağlı şəhər Gənclər evində tədbir düzənlənəcək.

Etikxeber.az xəbər verir ki, saat 15:00-da başlayacaq, Şəhidin həyat, döyüş yoluna və yaradıcılığına həsr olunacaq tədbir “Vətən fədaisi” adlanır.

Tədbir iki saata yaxın davam edəcək.

Tədbirdə Şəhidin ailə üzvləri-valideynləri, yaxınları, Azərbaycan Vətənpərvərlər Partiyasının üzvləri, Mingəçevirdən olan Şəhid ailələri, Qazilər, məktəblilər, ziyalılar və digər şəxslər iştirak edəcəklər.

Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər, mahnılar səsləndiriləcək, çıxışlar ediləcək.

Çıxışlarda Şəhid Fuad Xankişiyevin keçdiyi qısa, lakin şərəfli həyat, döyüş yolu və yaradıcılığından bəhs ediləcək.

Tədbirdən öncə isə saat 14:00-da Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

08:14

***

“Vətən fədaisi” adlı tədbirdən öncə Şəhidin ailəsinin yaşadığı evdə ehsan süfrəsi açılıb.

Ehsan süfrəsində Şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, Bakı, Kürdəmir və Mingəçevirdən olan Şəhid ailələri, Qazilər, Azərbaycan Vətənpərvərlər Partiyasının üzvləri və digər şəxslər iştirak ediblər.

Ehsan süfrəsindən sonra, saat 14:00-da Şəhidin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Təxminən 40 dəqiqə çəkən ziyarətdən sonra Mingəçevir şəhər Gənclər evində “Vətən fədaisi” adlı tədbir başlayıb.

Təyin edildiyi vaxtdan tez başlayan tədbirdə Şəhidin valideynləri-anasi Saqibət xanım, atası Şöhrət bəy, bacıları, yaxınları, Şəhid ailələri, Qazilər, Vətənpərvərlər Partiyasının üzvləri, Gənclər evinin əməkdaşları, din xadimləri, məktəblilər iştirak ediblər.

Qeyd edək ki, tədbirdə həm də Şəhidin əl işləri, rəsm əsərləri nümayiş etdirilib.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra 5 gənc rəssamın iştirakı ilə bir saatlıq rəsm müsabiqəsinə start verilib.

Qeyd edilib ki, qalib gələn rəssamın əli işi, rəsm əsəri Şəhidin ev-muzeyində saxlanılacaq.

Eyni zamanda, Şəhidlə bağlı video-çarx nümayişı etdirilib.

Daha sonra çıxışlar başlayıb.

Şəhidin anası Saqibət xanım, Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə, Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı və digər şəxslər çıxış ediblər.

Tədbirdə həmçinin Mingəçevir Şəhidlərinə həsr olunmuş “Zəfər yolu” adlı video-çarx nümayiş olunub.

15:32

***

FOTOLAR:

ŞƏHİDİN OCAĞI…EV-MUZEYİ…ŞƏHİD AİLƏLƏRİ…

ŞƏHİDİN MƏZARININ ZİYARƏTİ, ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT…

VƏ…”VƏTƏN FƏDAİSİ” ADLI TƏDBİR…DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ, ŞƏHİDLƏRİN XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİLMƏSİ…ŞƏHİD AİLƏLƏRİ…DƏRD VƏ QÜRUR ORTAQLARI…

15:36

***

TƏDBİR DAVAM EDİR VƏ…

15:48

***

QƏHRƏMAN ANALAR…QƏHRƏMAN ATALAR…QƏHRƏMAN AİLƏLƏR…QAZİLƏR, VƏTƏN SEVDALILARI, ŞƏHİDİN DOSTLARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yollar buz bağlayacaq-SABAH

Read Next

Yoluxma sayı 8 minə yaxınlaşdı-DAHA 23 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir