Ailənin tək və subay oğlu, ali təhsilli, 3 medallı, ayağında hələ də 3 qəlpə qalan Vətən sevdalısı-QAZİ CAVİD AŞİROV…-FOTOLAR

Cavid Hüseyn oğlu Aşirov…

Vətən sevdalısı, ürəyi Torpaq, Vətən, Qarabağ eşqi ilə döyünən bir Azərbaycan övladı…

Sadə, səmimi, sakit, tərbiyəli, alicənab bir gənc…

İkinci Vətən Müharibəsinin iştirakçısı və Qazisi…

Cavid əslən Gürcüstanlı olsa da, Bakı şəhərində, Yasamalda yaşayıb, böyüyüb boya-başa çatıb…

1999-cu ilin dekabr ayının 7-də sadə bir ailədə anadan olub və cəmi 20 gündən sonra 22 yaşını başa vuracaq…

Cavidgil 3 uşaq, iki bacı, bir qardaşdırlar…

Bacıları ailəli olsa da, Cavid subaydır…

2016-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Unuversitetinin (BDU) Turizm və otelçilik fakültəsinə daxil olub və 2020-ci ildə ali təhsilini başa vurub…

Təhsilini başa vurduqdan dərhal sonra, 2020-ci ilin iyulunda hərbi xidmətə, Əsgərliyə yollanıb…

Ağcabədi istiqamətində hərbi hissələrdən birində hərbi xidmətə başlayıb…

Və İkinci Vətən Müharibəsinin başlanması ilə ilk gündən döyüşlərə atılıb…

Bir aya yaxın müharibədə, döyüşlərdə, ağır nöqtələrdə olub…

Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində döyüşüb, vuruşub və oktyabrın 20-də Qubadlı rayonunun Balasoltanlı kəndində ağır döyüşlər zamanı ağır yaralınıb, həm sağ ayağından, həm də kürəyindən…

3 aya yaxın müalicə-müayinə keçib, sonra ev şəraitində müalicə-müayinəsini davam etdirib…

Hələ də ayağında 3 qəlpə qalmaqdadır…

İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən də 3 medalla-“Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…

Ancaq təəssüflər olsun ki, bir ildən çox keçməsinə baxmayaraq, hələ də əlillik dərəcəsi verilməyib…

Məsələ hələ də həll olunmamış qalır…

Və ümid edir, inanırıq ki, yaxın zamanlarda bu məsələ həll olunacaq, Qazimizə əlillik dərəcəsi təyin olunacaq…

***

Qazimizlə bu gün, 17 noyabr tarixində, Milli Məclisdə, Millətinin Vəkili Qənirə xanım Paşayevanın qəbulunda, Şəhid ailələri ilə görüşündə tanış oldum…

Və tanışlığımdan da çox məmnun qaldım…

Məmnun qaldım ki, Vətənimizin belə bir mədəni, tərbiyəli, İgid, Qəhrəman ovladı var…

Allah qorusun, bundan sonra heç bir ağrı- acı, problem ilə üzləşdirməsin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva daha 3 Şəhid ailəsi ilə görüşdü-ONLARI DİNLƏDİ VƏ…- FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin 3 övladından biri, 5 medallı-ŞƏHİD TALEH YUSİFOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜNDƏ-27 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir