Ailənin tək və subay oğlu, ali təhsilli, iki medallı-ŞƏHİD MANAF BƏHMƏNLİNİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ – 24 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT EDİLDİ, MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün Bakının Binəqədi rayonunun (həm də Yevlaxın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Manaf Bəhmən oğlu Bəhmənlinin ad günüdür.

Manaf Bəhmənlinin bu gün 24 yaşı tamam olur və bu, Onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, əslən Yevlaxlı olan Manaf Bəhmənli 1998-ci ilin yanvarın 2-də Rusiyada anadan olub.

Sonra ailəsi ilə yenidən Azərbaycana, doğma yurdlarına, Yevlaxa dönüblər.

Ailədə bir bacı, bir qardaş olublar.

Bacısı Mina evin böyük övladı, Manaf isə evin kiçik övladı olub.

Bacısı ilə birlikdə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı tam orta məktəbə gediblər.

2012-ci ildə, fevralın 28-də atalarını çox vaxtsız-erkən itiriblər və həmin gündən ali təhsilli anaları Suray xanım onlara həm analıq, həm də atalıq edib.

2013-cü ildə bacısı Mina Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olduğu üçün Bakıya köçüblər, 2020-ci ilin yanvarına qədər Yasamalda kirayələrdə yaşayıblar.

Manaf 2013-2015-ci illərdə xalasıgildə, Yevlaxda yaşayıb və orada təhsilini başa vurduqdan sonra, 2015-ci ildə bacısı kimi BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olub.

Və ali təhsil aldığı gündən, birinci kursdan AMEA-nın institutlarından birində mühafizəçi işləyib.

2020-ci ildə BDU-nu bitirib və ali təhsilini başa vurduqdan dərhal sonra əsgərliyə-hərbi xidmətə yollanıb.

Hərbi xidmətini Daşkəşən-Murov istiqamətində yerinə yetirməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də Murov istiqamətində döyüşlərə atılıb.

Və elə müharibənin ilk günündə də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib.

Sentyabrın 28-də nəşi Bakıya, Binəqədidəki-yeni köçdükləri (2020-ci ilin yanvarından) evlərinə gətirilib, Biləcəri qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Manaf həm də subay olub.

***

Cənnətdəki ikinci ad günü, mövluddu ilə bağlı bu gün səhər saatlarında Şəhidin Biləcəri qəbiristanlığındakı Şəhidlər məzarlığında məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin anası Suray xanım, tək bacısı, yaxınları iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki ad günü ilə bağlı yığcam mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidin ailə üzvləri, qohumları, tələbə yoldaşları iştirak ediblər.

Bir daha Şəhidin anası və tək bacısına başsağlığı verilib, onlara bir daha Allahdan səbr arzulanıb, Manaf Bəhmənlinin Cənnətdəki ikinci ad günü təbrik edilib.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü, mövludu mübarək olsun!

Nur içində yatsın!

Allah əzizlərinə, anası və tək bacısına səbr versin!

12:15

***

FOTOLAR

Şəhidin anası Suray xanım və iş yoldaşları, qohumları…

12:24

***

Tələbə yoldaşları və qohumları…

13:10

***

13:25

***

ŞƏHİD ANASI…QƏHRƏMAN, MƏĞRUR, DİK DURUŞLU ANA…SURAY ANA…

14:25

ŞƏHİDİN CAN DOSTLARI…ƏCƏMİ, NİCAT VƏ ŞAİQ…

14:55

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

368 yeni yoluxma-DAHA 10 ÖLÜM…

Read Next

Kiçik çavuş Qubadlıda-3 HƏRBÇİMİZİ QƏTLƏ YETİRDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir