Ailənin üç övladından, iki ali təhsilli hərbçi qardaşdan biri, bir övladı Vətənə əmanət qalan, dayısı Birinci Qarabağ Savaşının Şəhidi olan-TOVUZLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VASİF NAZİM OĞLU HEYDƏROV… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün, 13 fevral tarixində daha bir Şəhid ailəsində oldum…

Daha bir Nur üzlü Vətən sevdalımızın, İkinci Vətən Müharibəsi Şəhidimizin evini, ailəsini, ocağını ziyarət etdim…

Tovuz rayonunun Aranyanıqlı kəndinin İkinci Vətən Müharibəsi Şəhidi-peşəkar hərbçi Vasif Nazim oğlu Heydərovun ailəsi, valideynləri-anası Şövkət xanım, atası Nazim kişi ilə bir araya gəldim…

Qeyd edim ki, Şəhidimizin anası Şövkət xanımla hələ bir müddət öncə, ötən ilin noyabr ayında Zərdablı Şəhidimiz Ağaqardaş Ağayevin Anım Günündə tanış olmuş, qısaca söhbətləşmişdim…

Və söz vermişdim ki, bir gün onları da, Şəhidimizin ocağını da ziyarət edəcəyəm…

Və söz verdiyim kimi, bu gün səhər saatlarında Şəhidimizin ailəsini, ocağını ziyarət etdim…

Şəhidimizin ailə üzvləri, valideynləri ilə görüşdüm, söhbətləşdim, dərdləşdim…

Onlara Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim

Onlarla-valideynləri ilə birlikdə Şəhidimizin qısa, lakin şərəfli həyat, hərb və döyüş yoluna ekskurs etdim, nəzər saldım…

Gerçəkdən də Qəhrəmanlıqlarla, İgidliklərlə dolu bir ömür, həyat yolu…

Fəxr ediləcək, Qürur Duyulucaq bir İgid, bir Qəhrəman, bir Şəhid ömrü…

***

Vasif 1997-ci ilin yanvar ayının 5-də dünyaya gəlib…

Ailənin 3 övladından, 3 qardaşdan biri və evin sonbeşiyi olub…

Uşaqlıqdan da hərb sənətinə böyük həvəsi, marağı olub…

Hətta valideynləri onun bu istəyinə qarşı çıxsalar da, ona etiraz etsələr də, Vasifi inadından, qərarından döndərə bilməyiblər…

1992-ci il təvəllüdlü, ali-hərbi təhsilli böyük qardaşı (hazırda mayor rütbəsini daşıyır) Rəşad kimi hərb yolunu seçib, hərbçi olub…

2012-2015-ci illlərdə Cəmişd Naxçıvanski adına Hərbi Liseyi oxuyub, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktədbə (AHİM) təhsil alıb…

Letyenant hərbi rütbəsini daşıyıb…

Beyləqan rayonunda yerləşən hərbi hissələrdən biriində fəaliyyət götərib…

Və İkinci Vətən Müharibəsinin ilk dəqiqələrindən də qanlı döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Axırıncı dəfə isə ailəsi ilə müharibədən 3 gün öncə görüşüb, bir araya gəlib, ondan sonra Vasiflə əlaqə saxlamaq mümkün olmayıb…

Füzuli istiqamətində əhəmiyyətli, strateyi məntəqələrin düşmən işğalından azad edilməsində iştirak edib və müharibənin elə ilk günlərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi bir aydan sonra, oktyabrın 30-da əldə edilib və elə həmin gün Aranyanıqlı kənd qəbiristanlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb…

O, həm də Aranyanıqlının yeganə İkinci Vətən Müharibəsi Şəhididir…

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Vasif həm də ailəli olub…

2019-cu ilin iyunun 30-da Qəmər adlı qızla ailə həyatı qurub və Şəhidliyindən cəmi bir ay öncə, 2020-ci ilin avqust ayının 24-də Nihad adlı oğlu dünyaya gəlib…

Nə özü, nə də övladı bir-birinin üzü döyunca görüb…

Balaca Nihad hazırda 3 yaşının içindədir…

***

Vasif həm də Şəhidlər, Qəhrəmanlar ailəsindəndir…

Şəhidin dayısı-DüzqırıxlıMəhəmməd Məmmədov Birinci Qarabağ Savaşının Şəhidlərindəndir…

Ailənin 12 övladından biri və 1968-ci il təvəllüdlü olan Məhəmməd Məmmədov 1994-cü ilin fevral ayının 18-də Kəlbəcər istqamətində qanlı döyüşlərdə Şəhidlik məqamına ucalıb…

Şəhidliyindən aylar sonra isə-1994-cü ilin iyulun 25-də qızı-Nişanəsi dünyaya gəlib…

Nişanə xanım da hərbi tibbi bacısı kimi İkinci Vətən Müharibəsinin iştirakçısı olub və hazırda Türkiyənin Kahramanmaraş şəhərində öz həmkarları ilə birlikdə zəlzələdən, fəlakətdən ziyan çəkən insanlara, yarılalara yardım etməkdə, şəfa verməkdədir…

***

Və təəssüflər olsun ki, hələ də Şəhidin adının əbədiləşdirilməsi istiqamətində heç bir addım atılmayıb, nə adına küçə var, nə də məktəb…

Ailəsi də istəyir ki, Aranyanıqlı kənd 2 saylı orta məktəbə, o cümlədən yaşadıqları küçəyə övladlarının adı verilsin və az da olsa, bununla mənəvi təsəlli, təskinlik tapsınlar…

İstəklərində də, tələblərində də tam haqlıdırlar və artıq Şəhidin adının, xatirəsinin əbədiləşdirilməsi istiqamətində real, konkret addımlar atılmalıdır…

İnanır və əmin olmaq istəyirik ki, belə də olacaq, Şəhidin adı, xatirəsi, ailəsinin arzusu reallaşdırılacaq!

Ruhu şad, məqamı Uca, məkanı cənnətlik olsun!

Allah valideynlərinə, övladına, əzizlərinə bir daha və bir daha səbr və dözüm versin!

Nur içində yatsın!

12:07

***

ŞƏHİDİMİZİN AİLƏSİ VƏ ŞƏHİD ƏFŞAN HÜSEYNOVUN AİLƏSİ İLƏ BİRLİKDƏ VASİFİN MƏZARINI ZİYARƏT ETDİK…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evin-ailənin tək və subay oğlu-ŞƏHİD BƏXTİYAR ASLANOVUN ANIM GÜNÜDÜR, BU GÜN ONUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR…

Read Next

“Azərbaycanın yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaq…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir