Ailənin və tək subay oğlu, orden Haqqı hələ də tanınmayan, Ağdamda dünyaya gəlib, Ağdamda da Şəhid olan-MƏHƏMƏMMƏDƏLİ MƏHƏMMƏDƏLİZADƏN ANASINA “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ – FOTOLAR

Daha bir İkinci Vətən Müharibəsi Şəhidinin anasına “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Etikxeber.az xəbər verir ki, əslən Ağdamın Güllücə kəndindən olan Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadənin anası Gözəl Əhməd qızı Məmmədovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Medal və vəsiqəni Şəhid anasına jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Şəhid anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovaya minnətdarlığını bildirib.

***

Qeyd edək ki, evin-ailənin tək oğlu Məhəmmədəli Məhəmmədəlizadə 1992-ci ilin aprelin 28-də Ağdamın Güllücə kəndində dünyaya gəlib.

Məhəmmədəligil ailə 4 övlad olublar.

Bir bacısı və bir qardaşı uşaq-körpə vaxtlarında dünyasını dəyişib və Məhəmmədəligil bir bacı-bir qardaş qalıblar.

Tək bacısı Lalə xanımın da iki övladı var və hazırda valideynləri ilə birlikdə yaşayırlar.

Məhəmmədəligil 1993-cü ilin yayında Ağdamın işğal olunması ilə əvvəlcə Bərdədə, sonra isə Ağdamın İkinci Dördyol qəbəsində məskunlaşıblar.

Orta məktəbi bitirdikdən sonra, 2010-2011-ci illərdə Azərbaycan Ordusunda xidmət edib.

Əsgərlikdən döndükdən sonra bir müddət müxtəlif sahələrdə çalışıb.

Son 5 ildə isə həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsi zamanı isə ilk gündən döyüşlərdə olub və müharibənin 10-cu günündə, oktyabrın 6-dan 7-nə keçən gecə elə doğulub boya-başa çatdığı Ağdam rayonunda qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 4 gün sonra, oktyabrın 11-də Quzanlı Şəhidlər Xiyabanında Əbədiyyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”  Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyirlər.

Məhəmmədəli həm də subay olub.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Allah valideynlərinə səbr və dözüm versin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 13 yeni-YOLUXMA…

Read Next

Erməni silahlıları Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərini atəşə tutub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir