“Air Arabia” aviaşirkəti Şərcə-Bakı-Şərcə istiqamətində uçuşlara başlayacaq – FOTO

Birləşmiş Ərəb Əmirliyinin “Air Arabia” aviaşirkəti mart ayından Şərcə-Bakı-Şərcə istiqamətində uçuşlara başlayacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə fevralın 21-də Azərbaycanın “SKİ STAR TRAVEL” turizm şirkətinin yeni layihəsinin təqdimat mərasimində məlumat verilib.

Mərasimdə bildirilib ki, bununla bağlı bu ilin yanvarında “SKİ STAR TRAVEL” turizm şirkəti ilə “Air Arabia” aviaşirkəti arasında müqavilə imzalanıb.

“Air Arabia” şirkətinin meneceri Konstantin Kurilo “SKİ STAR TRAVEL”in turizm sahəsinin inkişafı istiqamətində təşəbbüslərlə çıxış edərək, maraqlı layihələr həyata keçirdiyini deyib. Qeyd olunub ki, Azərbaycan uğurlu iqtisadi inkişafı və dayanıqlı ictimai-siyasi sabitliyi nəticəsində xarici turistlər və investorlar üçün cəlbedici ölkəyə çevrilib.

Vurğulanıb ki, bu ilin mart ayından etibarən “Air Arabia” Şərcə-Bakı-Şərcə istiqamətində 162 yerlik “Airbus 320” təyyarələri ilə həftədə 4 dəfə olmaqla, mütəmadi uçuşlara başlayacaq.

Bağlanan müqaviləyə əsasən, “SKİ STAR TRAVEL” dünyanın tanınmış aviaşirkəti olan “Air Arabia”nın Azərbaycandakı rəsmi Baş Satış Agenti təyin edilib.

Həmçinin nəzərə çatdırılıb ki, “Air Arabia” Yaxın Şərq, Şimali Afrika, Asiya və Avropa ərazisində fəaliyyət göstərən 120 marşrut xətti üzrə uçuşlar təşkil edir.

Səyahətçilər daxili turizmlə yanaşı, Şərcə-Qəbələ, Şərcə-Naxçıvan istiqamətlərində birbaşa aviareyslərdən də istifadə edə biləcəklər.

Etikxeber.az

Read Previous

Ramil Usubov Avropa Polis Konqresinə qatılıb

Read Next

“Hansı layihəni gerçəkləşdirmək istədizsə uğur və nailiyyətlərə imza atdız” – MƏLAHƏT İBRAHİMQIZI MEHRİBAN ƏLİYEVANI TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir