“Ajiotaj yaratmaq bizə yaraşmaz…” – DEPUTATDAN MEDİAYA VƏ SOSİAL ŞƏBƏKƏ İŞTİRAKÇILARINA MÜRACİƏT

Azərbaycan hökümətinin və dövlətimizin koronovirus təhlükəsi ilə bağlı gördüyü tədbirlər, atılan qabaqlayıcı addımlar vəziyyətin gərginləşdiyini, təhlükənin kritik həddə çatmasını göstərmir. Bu addımlar dövlətin məsələyə həssaslığını, vətəndaşa yönəli istənilən təhdidə hazırlıqlı olma iradəsinin və gücünün ifadəsidir. Ona görə də media orqanlarımızı, habelə iri izləyici kütləsinə malik sosial media səhifələrini və ayrı-ayrı sosial şəbəkə fenomenlərini məsələ ətrafında ajiotaj yaratmamağa çağırıram.

Etikxeber.az xəbər verir ki, bunu keçmiş və tanınmış telejurnalist, millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Nəzərə alın ki, Siz təhlükədən uzaq şəraitdə reklam yaxud “like” xatirinə sensassiya dərc edərkən, ölkədə, xüsusən İranla sərhəd bölgəsində yerləşən rayonlarımızda çörəyi daşdan çıxan əhali arasında süni psixoloji gərginlik yaradırsız. İmkan verin insanlar həyatlarını yaşasın. Əgər həqiqətən da insanların taleyi size maraqlandırırsa Sizi Biləsuvar rayonuna dəvət edirəm, buyurun ölkənin əsas pambıqçılıq rayonun suvarma suyuna həsrət qalan kəndlərindən yazın, sizli-bizli əl-ələ verib bu problemin həllinə çalışaq. Yoxsa süni ajiotaj yaratmaq bizə yaraşmaz”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Zakir Həsənov koronavirusa görə valideynlərin əsgərlərlə görüşünü-DAYANDIRDI

Read Next

“Operativ Qərargahın tövsiyələrinə-məsləhətlərinə şəksiz və birmənalı əmək etmək vacibdir” – İXTİSASCA HƏKİM OLAN MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir