Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək-NAZİR MÜAVİNİ

Təhsil tələbə kreditinin hansı müddətə verildiyi açıqlanıb.

Etikxeber.az-ın məlumatına görə, Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır:

“Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 il ola bilər. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Tələbənin gələcəkdə krediti qaytarmaması halı olarsa, məhkəmə ilə geri alınacaq. Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki tələbə kreditinə müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır”.

“Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur”-deyən nazir müavini bildirib ki, kreditə görə faizlər müvafiq qaydada hesablanır:

“Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır. Belə ki, sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:

-Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 71 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır.

-Təhsilin normativ müddətində bütün tədris semestrlərində ümumi ortalama qiyməti (ÜOMG) 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalanın təhsilin normativ müddətində aldığı TTK-nın 50 faizi hissəsinin ödənişinin azad olunur”.

Standart TTK üzrə isə aşağıdakı güzəştlər tətbiq edilir:

“ÜOMG-si 91 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faizlər hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestr müddətində ÜOMG-si 91 bal və yuxarı olan borcalan təhsilin normativ müddətində aldığı TTK-nın 25 faizi hissəsinin ödənişindən azad olunur”.

Etikxeber.az

Read Previous

Qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 27-dək davam edəcək-ETSN

Read Next

İkinci Vətən Müharibəsi Şəhidi Tərxan Qurbanovun-MƏZARININ ZİYARƏTİNDƏN VƏ ANIM MƏRASİMİNDƏN – FOTOSESSİYA – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir