Akademik Milli Dram Teatrı növbəti qastrola hazırlaşır

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi cənub bölgəsinə qastrol səfərinə hazırlaşır.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, sənət ocağının yaradıcı heyəti qastrol çərçivəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşası ilə çıxış edəcək. Belə ki, səhnə əsəri Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvarda teatrsevərlərə təqdim olunacaq.

İkihissəli qara komediyanın quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı isə Kamil İsmayılovdur.

Dilbər İsmayılova və Vüqar Məmmədovun idarə etdiyi tamaşada obrazları Əməkdar artistlər Abbas Qəhrəmanov, Münəvvər Əliyeva, Almaz Amanova, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, Ləman İmanova, Sevinc Əliyeva, Elçin Əfəndi və başqaları canlandıracaq.

Qeyd edək ki, Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulan tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

Etikxeber.az

Read Previous

Berlində beynəlxalq film festivalı keçirilir – FOTO

Read Next

219 yaşayış binası sökülərək, yenidən qurulacaq – BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir