Akarla Həsənov bir arada – FOTO

Martın 28-də Ankarada Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin rolu müzakirə olunub.

akar-hesenov

Söhbət zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Müdafiə Nazirliyindən əhaliyə MÜRACİƏT

Read Next

Mehriban Əliyeva Rusiyanın Azərbaycandakı səfirliyində oldu… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir