Akif Əlizadə yenidən prezident seçildi – AMEA-NIN – YENİLƏNİB – (2) – FOTOLAR

Bu gün saat 10:00-da AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın Ümumi yığıncağı keçiriləcək.

Etikxeber.az-a AMEA-dan verilən məlumata görə, tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı keçiriləcək.

Yığıncaqda, həmçinin AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək.

amea-ramiz-1

akif alizade

Qeyd edək, AMEA-nın prezidetliyinə bir nəfər namizəddir ki, o da indiki prezident-akademik Akif Əlizadədir.

***

Artıq AMEA-nın Ümumi yığıncağı başlayıb və yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirlər.

***

A.Əlizadə AMEA-nın 2017-ci il və son beş ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib.

Ötən ilin mühüm elmi nailiyyətlərlə və uğurlarla yadda qaldığını söyləyən akademik qeyri-neft sektorunun inkişafı baxımından bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, ölkədə dövlət siyasətinin əsas prioritetlərindən olan sosial layihələrin uğurla davam etdirildiyini vurğulayıb.

Ümumi yığıncaq işini davam etdirir.

***

Akif Əlizadə AMEA-nın prezidenti seçilib.

Ümumi yığıncaqda A. Əlizadənin adının gizli səsvermə bülleteninə daxil edilməsi barədə qərar qəbul edilib və seçkinin nəticəsinə görə, o, yenidən AMEA-nın prezidenti seçilib.

Yığıncaqda, həmçinin Rəyasət Heyətinin yeni tərkibi seçilib.

Qeyd edək ki, A.Əlizadə 2013-cü ildən AMEA-nın prezidentidir.

Etikxeber.az

Read Previous

Səmədzadənin Azərbaycan adlı Sənət Gecəsi keçiriləcək – SABAH

Read Next

“Televizor, kompüter…uşaqlarımızın ilk tərbiyəçisidir” – SONA ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir