“Kürdüstan” ifadəsi bu dəfə hakim partiyada dartışmaya yol açıb.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, AKP-li kürd əsilli millət vəkili Qalib Ensarioğlu bugünlərdə “İraq Kürdüstanı”nın 25 sentyabr tarixində referendum keçirməyə hazırlaşması ilə bağlı məsələyə reaksiya verərkən “Kürdüstan” ifadəsini işlədib və bu ifadə onun partiyadaşları tərəfindən etirazla qarşılanıb.
Qeyd edək ki, Q. Ensarioğlu “referendum Kürdüstan xalqının qırarıdır. Onun da bu qərarına hörmətlə yanaşılmalıdır”-deyə, bildirib.
AKP Manisa millət vəkili Selcuq Özdağ isə bu ifadəni sərt təpkiylə qarşılayıb.
“Kimsə imperialasitlərin çörəyinə yağ sürtməyə qalxmasın. “Kürdüstan” ifadəsi qəbul edilə bilməz“-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az