Türkiyədə hakim partiya ilə müxalifət partiyaları, xüsusilə də, CXP arasında “FETÖ” və “FETÖ”-çülər, o cümlədən, “kontrollu darbe” dartışması səngimək bilmir.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu dartışmalar bu gün də davam edib.
Qeyd edək ki,CXP-nin sonuncu qrup toplantısında genəl başqan Kamal Kılıcdaroğlu bir daha 15 iyul dövlət çevrilişinə cəhdini “kontrollu darbe” adlandırmışdı.
“Biz bu məsələnin də ipliyini bazara çıxaracağıq…”-deyə, o, sözlərinə əlavə etmişdi.
Bu gün isə AKP-nin tanınmış simalarından olan ədliyyə naziri Bekir Bozdağ CXP və onun genəl başqanına sərt tonda cavab verib.
“Kontrollu darbe” iftirasını ilk dəfə Gülən söyləmişdi. İndi bu iftiranı CXP və onun genəl başqanı söyləyir və təkrarlayır. Özünüz nəticə çıxarın, görün kim “FETÖ” ilə qol-boyundur?!”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az