“AKP-nin əliylə AKP-nin altı oyulur, yazıqlar olsun” – ŞAMİL TƏYYAR “ÜSYAN” ETDİ

Türkiyənin tanınmış siyasətçilərindən AKP-li millət vəkili Şamil Təyyar hökumətə “üsyan” edib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, AKP-nin Qaziantepdən olan millət vəkili Ş. Təyyar şəxsi  “Tvitter”  hesabından etdiyi paylaşımında “pəs etdim,  artıq yoxam”-yazıb.

Qeyd edək ki, o, bunu dünən Türkiyədə 2 yeni Qanun Hökmündə Qərarnamənin (QHQ) rəsmən yayınlanmasından sonra edib.

“FETÖ” iş başındadır, hər kəs kar və kordur,mücadilə raydan çıxdı, AKP-nin əliylə AKP-nin altı oyulur, yazıqlar olsun”- deyə, Ş. Təyyar sonra yazıb.

Ş. Təyyarın bu paylaşımı AKP-də də ciddi rezonansa və gərginliyə səbəb olub.

Bəzi həmkarları onun bu addımını tənqid ediblər.

Artıq bəzi ekspertlər Ş.Təyyarla AKP-nin yollarının tezliklə ayrılacağı qənaətindədirlər.

Etikxeber.az

Read Previous

“3-cü bir ölkə Şimali Koreya-ABŞ məsələsində vasitəçi olmalıdır” – Fransisk

Read Next

Qaradərili futbolcu irqçi təhqirlərə dözə bilmədi və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir