Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyənin nüfuzlu siyasilərindən olan əski MHP-li Meral Akşənərin yeni partiya yaratmaq yönündə fəaliyyətləri davam edir.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, M. Akşənərin yaradacağı yeni partiyaya dəstək verəcək və orada yer alacaq nüfuzlu isimlərdən daha bir neçəsinin adı məlum olub. Bunlar Ülkü Ocaqları əski Genəl Başqanı Müsavat Dervişoğlu, Akşənərin vəkili olan əməkli Ağır Cəza Hakimi Feridun Bahşi, Mərkəz Bankası əski Başkanı Durmuş Yılmaz, MHP əski Ankara millət vəkili prof. Dr. Mustafa Erdemdir.
Eyni zamanda, Akşənərin əski Başbakan Yardımçısı, keçmiş AKP-çi (Türkiyə Partiyasının Genəl Başqanı) Abdüllatif Şener, əfsanə general, sabiq millət vəkili Engin Alan və İstanbul Böyükşəhər bələdiyyə başqanlığına sabiq namizəd Mansur Yavaşı da qurulacaq yeni partiyada görmək istədiyi siyasi kulislərdə dolaşan iddialar arasındadır.
Bununla yanaşı, Demokrat Partiyasının Genel Başqanı Gültekin Uysalla da yeni partiya ilə bağlı təmas qurulduğu önə sürülməkdədir.
Onu da qeyd edək ki, millət vəkilləri Ümit Özdağın, Yusuf Halaçoğlunun, İsmail Okun və Nuru Okutanın da yeni partiyada təmsil olunacağı gözlənilir və bunu həmin isimlərin özləri də artıq təsdiqləyiblər.
Əgər həmin şəxslər Akşənərin partiyasında rəsmən təmsil olunarlarsa, bu, TBMM-də yer alacaq 5-ci partiya olacaq.
Etikxeber.az