Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün (bu saatlarda) Ankarada İdman Sarayında “İYİ PARTİ”nin növbəti (son 4 ayda ikinci) konqresi (qurultayı) öz işinə başlayır.
Etikxeber.az-ın xəbərinə görə, qurultayda “İYİ PARTİ”nin genəl başqanı xanım Meral Akşənərin “Manifest” kimi geniş çıxış edəcəyi gözlənilir.
Qurultayda partiyanın yeni yönəmi (rəhbərliyi) formalaşdırılacaq.
M. Akşənər partiyanın genəl başqanlığına və cümhurbaşqanlığına tək adayı (namizədi) olacaq.
Artıq qurultay keçirilən salon azğınacan dolub, yüzlərlə, minlərlə insan binanın çölündə qalıb, onu kənardan izləyəcək.
Qurultayda iştirak etmək üçün AKP, CXP, Demokrat və Səadət partiyalarına dəvət göndərilib.
MHP və HDP-yə dəvət göndətilməyib.
***
M. Akşənər qurultay keçirilən salona gəlib və qısa çıxış edib.
“Bu günü göstərən Allaha minlərcə şükür. Yaxşı ki, Siz varsınız, yaxşı ki, yaxşılar var. Sağ olun, xoş gəldiniz”– deyib.
***
Qurultayda sürpriz də yaşanıb.
Belə ki, AKP-nin qurucularından olan və sonradan istefa verən baş nazirin sabiq müavini Abdullatif Şener də qurultaya qatılıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az