Məhkəmə Baxçalı müxaliflərinin əleyhinə qərar verdi, Akşənər “Ədalətin ruhuna Əl-Fatihə!” dedi – YENİLƏNİB

“Qrup-qrup toplantılar keçirdim Türkiyə genəlində”.

Etikxeber.az-ın Türkiyə medaiasına istinadən xəbərinə görə, bunu Dövlət Baxçalı müxaliflərindən olan sabiq MHP-çi Meral Akşənər İstanbulda qatılıdığı iftar mərasimində deyib.

“Bu toplantılarda iştirak edənlərin 90 faizinin də yeni bir oluşumdan yana olduğunu gördüm”– deyən Akşənər ölkədə yeni siyasi partiyanın yaradılmasının bir daha siqnalını verib.

Qeyd edək ki, bu gün Baxçalı müxalifləri üçün önəmli gündür.

Çünki bu gün məhkəmə müxaliflərin tələbi üzrə MHP-nin növbədənkənar qurultayının qanuni olub-olmaması və  seçkili qurultaya gedilib-geildə bilməyəcəyi ilə bağlı son qərar verəcək.

Əgər məhkəmə Baxçalı müxaliflərinin xeyrinə qərar çıxarmazsa, Akşənər tərəfdarlarının yeni siyasi təşkilat yatarması qaçılmaz olacaq.

***

Nəhayət, məhkəmə MHP-nin ötən ilin mayında keçirilən növbədənkənar qurultayı ilə qərar verib.

Qərarla bağlı proses cəmi 10 dəqiqə çəkib.

Məhkəmə Baxçalı müxaliflərinin əleyhinə qərar verib, MHP-nin növbədənkənar qurultayını qeyri-qanuni sayıb.

M. Akşənər qərarla bağlı qısa şəkildə belə deyib:

“Ədalətin ruhuna Əl-Fatihə!”

Digər Baxçalı müxalifi SinanOğan isə bunları deyib:

“Hüquq vaxtı ilə FETÖ-nün əlindəyidi, indi isə AKP-nin”.

Etikxeber.az

Read Previous

“Dediklərimi sübut edə bilməsəm, siyasətdən gedəcəm…” – KILICDAROĞLU

Read Next

Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürür – PREZİDENT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir