Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“İYİ Parti”ni seçimlərə daxil etməmək təşəbbüsü demokratiyaya hücumdur, zərbədir.
Etikxeber.az-ın xəbərinə görə, bunu “İYİ Parti”nin genəl başqanı Meral Akşənər özünün və partiyasının 24 iyin seçkilərinə qatıla bilməsi üçün 15 CXP-li deputatın onun təşkilatına keçməsinə münasibətini bildirərkən deyib.
O, bununla bağlı yazılı açıqlamasında deyib:
“Ölkəni qorxutma yoluyla idarə etməyə çalışanlar böyük bir hiylə hazırlığı içərisinə girdilər. Hiylələrə əl ataraq bu gözəl ölkəmiz və gözəl insanlarımızın iradəsini səhv istiqamətə yönləndirməyə çalışdlar. Hüququn və millət iradəsinin önünə qoyulan bu əngəlin aşılmasında CXP və onun dəyərli genəl başqanı- hörmətli Kamal Kılıcdaroğlunun ortaya qoyduğu iradə hər cür təqdirin üzərindədir. Tarixi bir demokratik iradədir. Siyasi demokratiya tariximizdə övgüylə yerini alacaq”.
Onu da qeyd edək ki, CXP-nin addımı hakim AKP yetkililəri-Bəkir Bozdağ və Mahir Ünal tərəfindən sərt təpkiylə qarşılanıb.
Onlar bu addımı birmənalı olaraq, pisləyiblər.
Eyni zamanda, AKP-nin “Cümhur ittifaqı” ortağı MHP-nin genəl başqanı Dövlət Baxçalı da CXP-“İYİ Parti” işbirliyini kəskin tənqid edib.
Həmçinin qeyd edək ki, Türkiyənin Mərkəzi Seçki Komissiyası – Yüksək Seçki Kurulu (YSK) “İYİ Parti”nin digər 9 partiya ilə birlikdə qarşıdan gələn seçkilərə qatıla biləcəyini açıqlayıb.
Etikxeber.az