Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Hayırçı”lar blokunun iki ünlü ismi- əski daxili işlər naziri, TBMM-in sabiq başqan yardımçısı Meral Akşənərlə CXP genəl başqanı Kamal Kılıcdaroğlu iftar məclisində bir araya gəliblər.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, M. Akşənər dəvətin K. Kılıcdaroğlundan gəldiyini deyib.
İftar görüşməsində “çatı aday”la bağlı danışıqların apalıb-aparılmadığı məlum olmasa da, amma tərəflərin 2019-cu il prezident seçkiləri ilə bağlı “Hayırçı”lar blokunun genişləndirilməsi istiqamətində əməkdaşlıq etmək haqqında razılaşdıqları bildirilir.
K. Kılıcdaroğlu isə mətbuata qısa açıqlamasında bildirib ki, bu gün Türkiyədə demokratiyaya daha böyük ehtiyac var və bütün müxalif qüvvələrin də bu istiqamətdə bir araya gəlməsi, əməkdaşlıq etməsi gərəkir.
Etikxeber.az