Akşənər AKP-yə və Ərdoğana meydan oxudu…

23 iyun (haziran) kimin əyri, kimin doğru durduğunu göstərdi.

Etikxeber.az xəbər verir ki, bunu Türkiyənin tanınmış siyasət və dövlət adamlarından olan “İYİ Parti”nin genəl başqanı Meral Akşənər  23 iyun təkrar (bələdiyyə) seçkilərindən sonra partiyasına qarşı güclənən təzyiqlərə və  haqqında 3 il öncə başladılan, sonra qapadılan “FETÖ  araşdırması”nın yenidən davam etdirilməsinə qərar verilməsinə münasibətini bildirərkən deyib.

“Bizə atdıqları bütün iftiralar boşa çıxdı. Amma bütün o dediklerini tək-tək  özləri etdilər.

aksener meral

Türk millətini, Türk milliyətçilərini terrorçuya yazdırdıqları məktuba “pul etməyə” cürət etdilər.

Ancaq 23 iyun Türk milliyətçilərini kimsəsiz, ocaqsız sananlara və terrorçudan yardım uman siyasətləri ilə 5 min  illik Türk dövlətinin etibarını yerlə bir edənlərə vurulan bir sillədir…”-deyə, o, sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Sülh və stabillik üçün parlamentarilərin dialoqu” başlayır – MOSKVADA

Read Next

Təyyarə dağa çırpıldı: 3 nəfər həlak oldu, 1 nəfər yaralandı – ABŞ-DA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir