Akşənərdən də Kılıcdaroğluna dəstək gəldi: “Hüzur və ədalət təsis edilməlidir”

Türkiyənin nüfuzlu siyasilərindən olan sabiq MHP-çi, eks daxili işlər nazir və keçmiş vitse-spiker Meral Akşənər də CXP genəl başqanı Kamal Kılıcdaroğlunun Ankaradan İstanbula doğru başlatdığı “Ədalət!” yürüşünə dəstək verib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, Kılıcdaroğluna dəstəyini şəxsi “Twitter” hesabından paylaşdığı paylaşımından verib.

kilic-meral

aksener-1 (1)

İlk “twitin”də “Bu günün güclüləri bir zamanlar o günün güclülərinə qarşı “Güclünün hüququ deyil, haqlının hüququ. Ədalət hər kəsə bir gün lazım olur” deyərlərdi”- deyən Akşənər AKP hökümətinin keçmişdəki tutumunu xatırladaraq, “twitləri”nin davamında bunları qeyd edib:

“Ölkəmizdə heç dəyişməyən tavır “ədalət, hüquq və demokrasi” deyərək iqtidara gələnlərin gücü sürdürmək üçün bu tələblərini unutmalarıdır. Ölkəmizdə “ana müxalifət” lideri “Ədalət!” şüarı ilə yürümək zorunda qalırsa, hər kəsin durub düşünməsi gərəkir. Hüzur və ədalət təsis edilməlidir”.

Qeyd edək ki, Akşənərin CXP liderinə dəstək “twitləri”ndən əvvəl  “AKP-nin gəldiyi nöqtəyə diqqət çəkdi” yorumlarına nədən olan “Əyarını pozduğunuz kantar, gün gələr sizi tartar” atalar sözünü paylaşması isə diqqətçəkiciydi.

Etikxeber.az

Read Previous

Kılıcdaroğludan Baxçalıya: “ƏDALƏT BİR GÜN ONUN ÖZÜNƏ DƏ GƏRƏK OLACAQ”

Read Next

Fuad Musayev dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir