Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
46 dövlətin səfiri Şuşaya gedib, oradakı reallığı öz gözləriylə görməyə dəvət olunublar, hamısı gedib, ABŞ-la , Fransanınkı, hə bir də Rusiyanınkı getməyib. Bəlkə, ora atdırılan İsgəndər-M raketinin qalıqlarının partlamasından qorxublar, o üzdən dəvətdən imtina ediblər?! Ciddi deməli olsaq, getməmələrinin səbəbi aydındır. Bununla bir daha göstərirlər ki, Minsk qrupunun hər üç həmsədri Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsini istəməyib.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, sirr deyil ki, onlardan ikisi qarşıdurmaya beynəlxalq normalara uyğun deyil, hayların maraqları çərçivəsində son qoyulmasını arzulayıb, biri isə münaqişənin necə var qalmasının, onun həllindənsə idarə edilməsinin tərəfdarı olub.
“Azərbaycan məhz bu üçlüyün istəyinə və marağına rəğmən öz torpaqlarını geri qaytarmağı bacarıb. Bu reallıq, geosiyasi alət kimi faydalandıqlarının kimlikləri, yerləri və durumları özəllliklə də Şuşadan o qədər qabarıq nəzərə çarpır ki, hər üç ölkənin səfirini başa düşmək çətin deyil”-deyə, o, əlavə edib.
Etikxeber.az