Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev vəfat etdi

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Şəfaət Mehdiyev vəfat edib.

Etikxeber.az bildirir ki, mərhumun ailəsindən verilən məlumata görə, A. Mehdiyev bu gün günorta saatlarında dünyasını dəyişib.

Xəstəliyinin səbəbi açıqlanmayıb.

Qeyd olunub ki, A. Mehdiyevlə vida mərasiminin harada keçiriləcəyi və harad dəfn olunacağı dəqiqləşdirilir.

Qeyd edək ki, A. Mehdiyev 19 dekabr 1934-cü ildə Bakı şəhərində anadan olub.

Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. O 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvüdür.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

Bakı sərnişin stansiyasında son tamamlama işləri görülür – FOTOLAR

Read Next

Azərbaycan boksçuları dünya kubokuna sahib oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir