Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Düz 5 ildir hamı kimi biz də Əsədə “Vətən Müharibəsi Qəhramanı” adının verilməsini gözləyirik. Demək olar ki, hər Şəhidin evində bu adın verilməsini gözləyən bir ana, bir ata, bir həyat yoldaşı, bir övlad var. Bu ad Şəhidi geri qaytarmayacaq, Şəhidi Şəhiddən seçməyəcək, amma dövlətin Şəhidə olan qiyməti, dəyəri olacaq.
Etikxeber.az xəbər verir ki, bu sözlər əslən İmişlili İkinci Vətən Müharibəsi Şəhidi, ali-hərbi təhsilli, peşəkar hərbçi, Kapitan, iki övlad atası Əsəd Həsənovun həyat yoldaşı Reyhanə Əsədovaya məxsusdur.
“Mən və mənim kimi dövlətini, Prezidentini, Vətənini sevən Şəhid alələri öz Şəhidlərinə “Vətən Müharibəsi Qəhramanı” adının verilməsini gözləyir. Çünki 44 günlük İkinci Vətən Müharibəsinin Şəhidləri qisas alaraq Şəhid olublar, bütün – 1992-93-cü illər, Aprel döyüşləri, Tovuz döyüşləri Şəhidlərinin qisasını alaraq Şəhadətə ucalıblar.
İnanıram ki, Əsədə və onun timsalında bir çox Şəhidlərimizə “Vətən Müharibəsi Qəhramanı” adı veriləcək. Mən Müzəffər Ali Baş Komandan İlham Əliyevə bir Şəhid aləsi olaraq inanır və onun düzgün mövqeyinə, düzgün qiymətinə sığınıram. Şəhid Kapitan Həsənov Əsədin “Vətən Müharibəsi Qəhramanı” adını alması onun anasının və atasının mənəvi sevincinə və rahat olmalarına səbəb olacaq. Çünki Əsəd bir Qəhraman kimi döyüşüb. Ona dövlətinin qiyməti ruhunun şad olmasına səbəb olacaq”-deyə, o, sonra qeyd edib.
“Mən bir ana kimi öz Dövlətimə və onun başında duran qalib Prezidentimə inanıram. Onun apardığı daxili və xarici siyasət kursu, ədalətli cıxışları, atdığı mətin addımları, xalqın güzəranını yaxşılaşdırmaq ücün gördüyü tədbirləri, ən önəmlisi də Şəhid, Qazi ailələrinə xüsusi qayğı və diqqəti göz önündədir”.
Bunları isə Şəhidin anası Mələk Həsənova dilə gətirib.
“Mən Prezidentimin bir gün məni sevindirəcəyi günə inanıram. Cünkü mən də bu Vətənə yeganə oğul payımı qurban vermişəm. Oğlum Vətənin şərəfli, savadlı zabitlərindən biri olub. Hər zaman məqsədi, arzusu Vətənin düşmən əsarətində olan torpaqlarını azad görmək idi. Müharibə əmri veriləndə arzusunun reallaşacağını, mütləq qalib olacağını düşünərək, var qüvvəsini, təcrübəsini, döyüş taktikasını məharətlə nümayiş etdirib. Son nəfəsinə qədər dayanmadan döyüşüb. Verdiyi sərrast koordinatla düşmənə ağır zərbələr vurulub. Qarşı tərəfin üc batareyasının darmadağın edilməsində danılmaz əməyi olub. Bunu həzm edə bilməyən düşmən dayanmadan oğlumun döyüşdüyü mövqeləri munemyotlarla gülləbaran edir. Yaxınlıqda partlayan mərmi gülləsi şah damarından dəydiyi ücün oğlum şəhadətə ucalır. Ölümünü bilə-bilə düşmən qarşısında dik dayanaraq, əsl Azərbaycan zabiti kimi qəhrəmanlıqlara zəfərə imza atır.
Mən anayam, balamın itkisindən danışmaq cox cətindir. Göz yaşlarım, ürəyimin sıxıntısı imkan vermir fikrimi tam catdırım. Ona görə də cox istəyirəm ki, oğlumun kecdiyi döyüş yolu diqqətlə araşdırılsın və Haqqı olan adı verilsin. Cünkü, o, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiqdir. Mən adım kimi əminəm buna. İnanıram ki, Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyev səsimə səs verəcək və mənim sınıq qəlbimi sevindərəcək”-deyə, M. Həsənova sözlərinə əlavə edib.
Etikxeber.az





