Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əfsanəvi Xüsusi Təyinatlı Devran Fazil oğlu Nayibovun (Naibovun) və MAXE Şövqi Raqub oğlu İsmayılzadənin Anım günləridir.
Bu gün-8 oktyabr 2026-cı il tarixində hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından 6 il keçir.
Etikxeber.az xəbər verir ki, Devran Fazil oğlu Nayibov 1993-cü ilin noyabrın 30-da Bərdədə dünyaya gəlib.
Ailədə 3 qardaş, 1 bacı olublar.
Bacısı və qardaşlarından biri hazırda ailəli, digər qardaşı isə subaydır.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və həyatını Ordu, hərb ilə bağlayıb.
Peşəkar hərbçi-Kiçik gizir kimi Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib.
Həm 2016-cı il Aprel, həm də 2020-ci il İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub.
İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə olub.
Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib.
Nəşi oktyabrın 8-də Bərdə rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 5 medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Ailəsi, valideynləri isə övladlarının həm də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunmasını istəyirlər.
Hazırda Bərdədə adını daşıyan küçə var.
Devran həm də subay olub.
***
Şövqi Raqub oğlu İsmayılzadə isə 1996-cı ilin fevral ayının 23-də Bərdənin Bəcirəvan kəndində-ziyalı ailəsində dünyaya gəlib.
Sövqi ailənin iki övladından biri, evin tək oğlu olub.
O, həm də ailəli, bir qız atası idi.
Şövqi İsmayılzadə Azərbaycan Ordusunun hərbçisi-MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb.
Müharibənin 11-ci günündə, oktyabrın 7-də isə Tərtər-Ağdərə (Suqovuşan) istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi oktyabrın 8-də doğulub boya-başa çatdığı Bəcirəvan kənd qəbiristanlığında dəfn edilib.
Şövqi həm də Bəcirəvanın yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Yaşadığı kənddə adını daşıyanküçə var.


***
Bu gün həm də əslən Qubalı, özü isə Bakılı olan İkinci Vətən Müharibəsi Şəhidi Fizuli Vidadi Əliyevin Şəhadət Günüdür.
Onun Şəhadətindən 6 il ötür.
Fizuli Əliyev 1985-ci ilin27 yanvar tarixində Bakı şəhərində-ziyalı ailəsində dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri və evin ortancıl oğlu olub.
Orta təhsilini səkkizinci sinfə qədər alan Fizuli Əliyev sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub.
Hərbi Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxuyub, ali hərbi təhsilə yiyələnib.
Ali təhsilini başa vurduqdan sonra Leytenant hərbi rütbəsində fəaliyyətə başlayıb və Kapitan hərbi rütbəsinə qədər yüksəlib.
Uzun müddət Murovdağda xidmət edib, sonra “N” saylı hərbi hissənin “Həmlə” Taborunun Qərargah rəisi olaraq xidmətini davam etdirib.
Aprel döyüşlərinin iştirakçılarından olub.
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb.
Axırıncı dəfə ailəsi ilə sentyabrın 26-da görüşüb və axırıncı dəfə ailə üzvləri ilə oktyabrın 6-da danışıb.
Sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
8 oktyabr tarixində Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini bir ay 20 gündən sonra əldə etmək mümkün olub və noyabr ayının 28-də İkinci Şəhidlər Xiyabanında-Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
35 yaşında Şəhidlik məqamına ucalan Fizuli Əliyev həm də subay olub.
***
Bu gün həmçinin, əslən İmişlili İkinci Vətən Müharibəsi Şəhidi Rəşad Qiyas oğlu Zeynallının Anım günüdür.
Qeyd edək ki, Rəşad Zeynallı 1998-ci ilin 21 aprel tarixində Bakı şəhərinin Nəsimi rayonunda dünyaya gəlib.
Ailənin üç övladından, evin tək oğlu, iki bacının tək qardaşı idi.
Rəşadın özündən böyük Mirzeynal adlı qardaşı da olub.
Amma Mirzeynal Zeynalbəyli 1997-ci ildə, cəmi 4 yaşında dünyasını dəyişib və Zeynalovlar (Zeynallılar) ailəsi ilk övlad acısını yaşayıb.

Rəşad 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb.
Orta məktəbi müvəffəqiyyətlə başa vuran Rəşad ali məktəbə daxil olub, 2015-2019-ci illərdə Azərbaycan Texniki Universitetində (AzTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb.
Ali təhsilini başa vurduqdan sonra-2019-cu ilin payızında həqiqi hərbi xidmətə yollanıb.
Əsgərliyinin başa çatmasına sayılı günlər qalmış isə İkinci Vətən Müharibəsi başlayıb və Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə atılıb.
Cəbrayıl və Füzuli istiqamətində döyüşlərdə iştirak edib.
Şərəfli döyüş yolu 11 gün çəkib və oktyabr ayının 8-də Cəbrayıl rayonunda qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
İllər öncə övlad itkisi yaşayan Zeynalovlar (Zeynallılar) ailəsinin acısının üzərinə daha bir acı, dərdinin üzərinə daha bir dərd gəlib.
Oktyabrın 8-də Şəhid olsa da, ancaq nəşi 21 gündən sonra, 29 oktyabr tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Valideynləri isə övladlarının-tək oğullarının eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyirlər.
22 yaşında Şəhidlik məqamına ucalan Rəşad Zeynallı həm də subay olub.
Şəhidə həsr olunmuş “Rəşadətli ömür” filmi çəkilib.
Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!



Kamil HƏMZƏOĞLU
Etikxeber.az





