Ali Məhkəmənin hakimi olacaq-İNAM KƏRİMOVU NAZİR VƏZİFƏSİNDƏ KİM ƏVƏZLƏYƏCƏK?

Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ daxil olub.

Etikxeber.az məlumat verir ki, məsələ bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif edilir.

Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.

Hakim təyinatının reallaşacağı təqdirdə isə İnam Kərimov nazir vəzifəsi ilə vidalaşacaq.

Onun yerinə kimin təyin olunacağı ilə bağlı hələlik hansısa bir məlumat və ya ehtimal yoxdur.

Etikxeber.az

Read Previous

“Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımlar Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirir”-İLHAM ƏLİYEV – FOTO

Read Next

Millət vəkilinə qarşı törədilən sui-qəsdlə bağlı-6 NƏFƏR SAXLANILDI… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir