Ali Məhkəmənin sədri həmin məhkəmənin hakimi seçiləcək – FEVRALIN 13-DƏ

Fevralın 13-də parlamentin növbəti plenar iclasında Ramiz Yaqub oğlu Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

Etikxeber.az xəbər verir ki, layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Layihə ilə Ali Məhkəmənin hakimi səlahiyyətləri müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsinə baxılması tövsiyə olunub.

Layihə səsvermədən keçərsə, qərar 2018-ci il fevralın 25-də qüvvəyə minəcək.

Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.

Etikxeber.az

Read Previous

Abdullayev səfir, Hüseynov konsul təyin olundu – SƏRƏNCAM

Read Next

“Bəzi məqamlar Nazirlər Kabinetinin funksiyasına aid olan məsələlərdir” – RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir