Ali məktəblərə elektron qeydiyyat başlayır- BU GÜNDƏN

Bu gündən tələbələrin qəbul olunduqları təhsil müəssisələri üzrə elektron qeydiyyatı başlayır.

Etikxeber.az-ın məlumatına görə, tələbə adını qazanmış şəxslər sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Tələbələr qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmr ali məktəbə göndərilməyəcək.

Etikxeber.az

Read Previous

“Hələ də şəxsi evi olmayan Şəhid ailəsi kimi Şuşada deyil, Bakıda evlə, mənzillə təmin olunmağımızı istəyirəm”-ƏSLƏN ŞUŞALI ŞƏHİD DÜNYAMİN TAĞIZADƏNİN ANASI ZİYAFƏT QULİYEVADAN SAHİL BABAYEVƏ MÜRACİƏT

Read Next

Övladlarının, Şəhidlərinin ili yaxınlaşır…Amma hələ də kirayələrdə, daxmalarda, yataqxanalarda yaşayırlar-MEHPARƏ XANIM, TƏNZİLƏ XANIM, LƏTAFƏT XANIM, AKİFƏ XANIM, SAYAD XANIM, ƏZİM HƏSƏNOVUN AİLƏSİ, VALİDƏ XANIM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir