Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır – BU GÜN

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 27-si saat 17:00‑dək sənədlərini müvafiq ali məktəbə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən (DIM) Etikxeber.az-a bildirilib ki, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 2-dək davam edəcək.

Etikxeber.az

Read Previous

“5-10 metr dəmir, 2 banka boya, bir az da istək gərək…” – TANINMIŞ JURNALİST ŞİKAYƏTLƏNDİ, HƏM DƏ TƏQDİR ERTDİ – FOTOLAR

Read Next

“Müdriklik və uzaqgörənliklə xalqa xidmət missiyası” – ZİYAD SƏMƏDZADƏ MEHRİBAN ƏLİYEVA HAQDA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir