Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ali təhsil ocaqlarında da orta və məktəbəqədər təhsil müəssisləri fəaliyyət göstərsin.
Etikxeber.az xəbər verir ki, belə bir təklifi Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev “Məktəbəqədər təhsil müəssisəsi haqqında” qanun layihəsi müzakirə edilən zaman səsləndirib.
Onun sözlərinə görə, ali təhsil ocaqlarında orta və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət göstərməsi elmin inkişafına təkan verə bilər və öncül prkatikaların tətəbiqınə yeni imkanlar açar.
“Dünyada belə praktikalar çoxdur və bu prkatika öz müsbət səmərəsini verir. Belə bir praktikanın Azərbaycanda da tətbiqi lazımdır. Ən azından biz qanunda bununla bağlı müddəa salmalıyıq. Bu gün də olmasa, gələcəkdə belə bir praktika tətbiq ediləndə qanunvericilik baxımından problem yaranmasın”– deyə, millət vəkili bildirib.
Etikxeber.az