Evin tək və ailəli oğlu, ali təhsilli, Baş leytenant, “Rəşadət” ordenli, bir övladı Vətənə əmanət qalan-GORANBOYLU, XOYLULU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELGÜN FUAD OĞLU XIDIROV… – FOTOLAR

Elgün Fuad oğlu Xıdırov…

Qəhrəman Goranboylu, Xoylulu…

Ali təhsilli…

Peşəkar hərbçi, zabit…

Baş leytenant…

Vətən sevdalısı, Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi…

İgid, Qəhrəman Azərbaycan övladı…

***

Elgün Xıdırov 1989-cu ilin dekabr ayının 23-də Goranboy rayonunun Xoylu kəndində dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

1996-2007-ci illərdə Xoylu kənd tam orta məktəbində oxuyub…

2007-2011-ci illərdə Gəncə Dövlət Universitetində (GDU) ali təhsil alıb…

2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub…

Əsgərliyini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb, iki il müxtəlif sahələrdə çalışıb…

2014-cü ildən yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçib, Azərbaycan Ordusunda peşəkar hərbçi, zabit, Leytenant kimi fəaliyyətə başlayıb…

Sonra Baş leytenant rütbəsinə layiq görülüb…

2017-ci ilin dekabrında ali təhsilli müəllim Səkinə xanımla ailə həyatı qurub…

2019-cu ilin mart ayının 15-də Davud adlı oğlu dünyaya gəlib…

Davud hazırda 5 yaşındadır…

İkinci Vətən Müharibəsi zamanı isə Elgün Füzuli istiqamətində döyüşlərə atılıb…

Və elə döyüşlərin ilk günündə-sentyabrın 27-də də qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Axırıncı dəfə isə ailəsi ilə Şəhidliyindən, İkinci Vətən Müharibəsindən 4 gün öncə, sentyabrın 23-də, atası Fuad kişinin doğum günündə, 60 illiyində danışıb…

“Atamın doğum gününü keçirin, özüm qayıdıb gəlib daha yaxşısını keçirəcəm…”-deyib…

Müharibənin ilk günündə isə həyat yoldaşına və tək bacısına mesaj yazıb…

27 sentyabrda da Şəhidlik zirvəsinə yüksəlib…

Ancaq nəşini uzun müddət əldə etmək mümkün olmayıb…

Nəşi yalınız 34 gündən sonra tapılıb-ailəsinə təhvil verilib və noyabrın 1-də Xoylu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən öncə bir medalla, Şəhidliyindən sonra isə üç medalla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

Xoyluda adını daşıyan küçə var…

Elgün həm də Xoylunun üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

***

Bu gün-31 may 2024-cü il tarixində, günorta saatlarında Xoylu kəndindən olan digər İkinci Vətən Müharibəsi Şəhidi Orxan Namazovun anası-Xoylu kənd körpələr evi-uşaq bağçasının müdiri Nailə Namazova ilə birlikdə Elgün Namazovun ailəsinə baş çəkdik…

Şəhidimizin ocağında olduq, ailə üzvləri-valideynləri ilə bir araya gəldik…

Şəhidimizin ailə üzvlərinə, valideynləri- Xumar Kazımovaya və Fuad Xıdırova Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Müqəddəs ruhu qarşısında baş əydiyimizi bildirdik…

Təxminən bir saata yaxın çəkən ziyarətimiz zamanı Şəhidimizin ailə üzvləri, valideynləri ilə söhbətləşdik, dərdləşdik…

Onlara az da olsa, təsəlli verməyə çalışdıq…

Onu da qeyd edim ki, hər iki Şəhidimiz-Elgünlə Orxan yaxın qohumdurlar…

Eyni zamanda, hər ikisinin anası bir yerdə-Xoylu kənd körpələr evi-uşaq bağçasında işləyirlər…

İki qohum, iki Şəhid…

İki İgid, iki Qəhrəman…

Məqamları uca, dərgahları mübarək olsun!

Nur içində yatsınlar!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Həftəsonu güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək-ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ

Read Next

Şəhid anasının müdir olduğu körpələr evi-uşaq bağçasında-GÖZƏL BİR GÜN… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir