Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Elxan oğlu Ağakişiyevin doğum günüdür.
İlkin Ağakişiyevin bu gün 28 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, İlkin Ağakişiyev 1995-ci ilin sentyabr ayının 17-də Mingəçevir şəhərində-sadə bir ailədə dünyaya gəlib.
Mingəçevir şəhər 10 saylı məktəbin məzunu olub.
Musiqi təhsilini isə Mingəçevir Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində alıb.
2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb.
2017-2018-ci illərdə Ordu sıralarında xidmət edib, Vətənin keşiyini çəkib.
Sonra evinə-ailəsinə dönüb.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub, Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.
Və oktyabr ayında ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ailəsinə yalınız 56 gündən sonra Şəhidliyi xəbəri gəlib.
Və nəşi noyabrın 27-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra 3 medalla təltif olunub.
Ailəsi, valideynləri isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edirlər.
İlkingil aildə iki uşaq-bir bacı, bir qardaş olublar.
Bacısı-kollec təhsilli Aytac Ağakişiyeva hazırda nişanlıdır.
İlkin isə subay olub.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az