Ali təhsilli, peşəkar hərbçi, Kapitan, iki övlad atası, 7 medal və 1 ordenli Aqil Məlikov-ŞƏHİDİN VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ADINA LAYİQ GÖRÜLMƏSİ İLƏ BAĞLI TƏQDİMAT VERİLƏCƏKMİ? ŞƏHİDİN AİLƏSİ MƏNZİLLƏ TƏMİN OLUNACAQMI? – FOTOLAR

Daha bir İkinci Vətən Müharibəsi Şəhidinin ailəsinə baş çəkdik…

“Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri, dəyərli Ülviyyə xanımla dünən, 3 avqust tarixində daha bir Nur üzlü Şəhidimizin ailəsində, ocağında olduq…

Qubanın Alpan kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Aqil Niyaz oğlu Məlikovun Mələk simalı anası Sara ananı və atası, əsl Azərbaycan kişisi Niyaz kişini ziyarət etdik…

Onlara Allahdan səbr və dözüm arzuladıq, “Şəhidimizin məqamı Uca olsun! Ruhu qarşısında ehtiramla baş əyirik!”-dedik…

Şəhidimizin valideynləri ilə xeyli söhbətləşdik, dərdləşdik…

Qeyd edim ki, Aqil Məlikovlar ailəsinin 4 övladından biri idi…

Ailədə iki qardaş, iki bacı olublar…

Aqil evin həm də sonbeşiyi olub…

Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub…

2005-2009-cu illərdə burada təhsilini alıb və Azərbaycan Ordusunda peşəkar hərbçi kimi fəaliyyətə başlayıb…

11 il ərzində, Şəhidliyinə qədər Kapitan rütbəsinəcən yüksəlib…

Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı olub…

Və İkinci Vətən Müharibəsinin elə ilk günündə, sentyabrın 27-də Füzulinin Qaraxanbəyli kəndi istiqamətində bir sıra mühüm əhəmiyyətli məntəqələri düşməndən azad etdikdən sonra bir neçə döyüş-zabit yoldaşı ilə birlikdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi iki gün sonra, 29 sentyabr tarixində Alpan kənd qəbiristanlığında torpağa tapşırılıb…

Şəhidliyindən sonra Ali Baş Komandanın Sərəncamları ilə 7 medal“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

Aqil həm də ailəli – iki övlad-bir qız, bir oğlan atası olub…

İki övladı ailəsinə, xanımına, valideynlərinə, Vətənə əmanət qalıb…

Ancaq çox təəssüflər olsun ki, Şəhidliyindən 22 ay keçməsinə və bir çox Şəhid ailəsi mənzillə təmin olunmasına baxmayaraq, Aqilin ailəsi hələ də Haqqı olan mənzillə təmin edilməyib…

Şəhidin ailəsi, valideynləri də bu məsələnin artıq həll olunmasını istəyirlər…

Eyni zamanda, Şəhidin atası oğluna Vətən Müharibəsi Qəhrəmanı fəxri adının verilməsini istəyir…

Deyir ki, buna görə dəfələrlə müraciətlər ünvanlayıb…

Hətta müraciətlərində Vətən Müharibəsi Qəhrəmanı adına görə verilən müavinətdən, puldan da imtina etdiyini yazıb…

“Mənim övladım ali təhsil müddəti də daxil olmaqla, 15 il Vətənə kişi kimi qeyrətlə, vicdanla qulluq edib…Vətən, Torpaq aşiqi olub…Vətəni bizlərdən, canından da çox sevib…Gəncədə, Ağcabədidə, Goranboyda, çox yerlərdə işləyib, ad-san qazanıb…Aprel döyüşlərində iştirak edib…İkinci Vətən Müharibəsində Şəhid olub…Mən istəyirəm ki, övladım Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif edilsin…Bununla bağlı dəfələrlə müraciətlər etmişəm…

Hətta qeyd etmişəm ki, Vətən Müharibəsi Qəhrəmanı adına görə verilən puldan da imtina edirəm, mənə heç nə lazım deyil, təki balamın Haqqı tanınsın…Bir daha müvafiq qurum və şəxslərə müraciət edirəm ki, oğlumun Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunması üçün təqdimat versinlər, oğlumun Haqqını tanısınlar”-deyə, Şəhid atası sözlərinə əlavə edir…

İnanır və ümid edirik ki, Vətən yolunda gözünü qırpmadan fəda etmiş Aqil Məlikovun Haqqı tanınacaq…

Onunla bağlı müvafiq təqdimat veriləcək və Aqil Məlikov Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunacaq…

Bununla həm Şəhidimizin ruhu sevindirilmiş olacaq, həm də ailəsinə, yaşlı valideynlərinə mənəvi dəstək, təsəlli, təskinlik verilmiş olacaq…

Məkanı cənnətlik, dərgahı mübarək olsun!

Nur içində yatsın!

Ruhu övladlarına, ailəsinə kömək, çıraq olsun!

Milyon kərə Amin!

11:37, 4 avqust

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

UEFA Konfrans Liqası: “NEFTÇİ”-“RAPİD” – 2:1 – YENİLƏNİB – (2)

Read Next

Bir qrup radikal dini dəstə Azərbaycanın Londondakı səfirliyinə-HÜCUM ETDİ, 8 NƏFƏR SAXLANILDI, BAYRAMOV ÇAVUŞOĞLUNU MƏLUMATLANDIRDI – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir