“Qələbə və Zəfərimizə görə Turallara borcluyuq…”-Ali təhsilli, ailəli, bir övlad atası, dörd medallı-ŞƏHİD TURAL EYYUBOVUN ANIM GÜNÜ – MƏZARI ZİYARƏT OLUNDU, İZDİHAMLI ANIM MƏRASİMİ KEÇİRİLDİ- FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün, 25 oktyabr tarixi Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ali təhsilli, 4 medallı Tural Yadulla oğlu Eyyubovun torpağa tapşırıldığı gündür.

Onun torpağa tapşırılmasından düz bir ilk keçir.

Bu gün Tural Eyyubovun Anım Günüdür.

Etikxeber.az-ın xəbərinə görə, Tural Eyyubov 1992 ci il iyulun 2-də Kürdəmirin Mollakənd kəndində dünyaya gəlib və bir müddət sonra-1993-cü ilin iyun ayında ailəsi ilə birlikdə Rusiyaya köçüb.

Orta məktəbi 7-ci sinfə qədər orada oxuyub və 2005-ci ildə valideynləri ilə birlikdə yenidən Azərbaycana, Bakıya qayıdıb.

Və Bakı yerləşən 240 nömrəli orta məktəbdə təhsilini davam etdirib.

Orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra-2009-cu ildə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub.

2013-cü ildə BDU-nu bitirdikdən sonra-2014-cü ildə Silahli Qüvvələrin Təlim və Tədris mərkəzində Motoatıcı taqım komandiri kursunu bitirib, leytinant rutbəsi ilə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilib və 2015-ci ildə Ordudan təxris olunub.

İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə iştirak edib və Füzuli-Xocavənd istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalıb.

Və nəşi 25 oktyabr tarixində doğulub boya-başa çatdığı Mollakənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 4 medalla- “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Anım Günü ilə bağlı bu gün Mollakənddə Şəhidin anım mərasimi keçiriləcək.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları. kənd sakinləri, Bakıdan və digər bölgələrdən olan Şəhid ailələri və başqa şəxslər iştirak edəcəklər.

Mərasim zamanı ruhuna dualar ediləcək, ehsan veriləcək.

Məkanı cənnətlik olsun, Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

00:00

***

Bu gün saat 10:00-da Şəhidin Mollakənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Ziyarət təxminən bir saat çəkib.

Ziyarətdə Şəhidin anası Gülnar xanım, atası Yadulla kişi, tək qardaşı Ruslan, Tural Eyyubovun yaxınları, qohumları, kənd sakinləri, Kürdəmir, Mingəçevir Bakıdan olan Şəhid ailələri, Şəhid anaları, hərbçilər, Qazilər, din xadimləri, məktəblilər, Kürdəmir rayon rəhbərliyi iştirak ediblər.

Məzarı başında Şəhidin ruhuna dualar olunub, çıxışlar edilib, məktəblilərin ifasında şeirlər səsləndirilib.

Kürdəmir rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Ağəli Kərimli məhz Tural kimi Vətən övladlarının sayəsində tarixi Qələbə və Zəfər qazanıldığını bildirib.

Qeyd edib ki, Qələbə və Zəfərimizin müəllifləri Ali Baş Komandan başda olmaqla, Şəhidlər, Qazilər və digət Vətən övladlarıdır və onların hər birinə borcluyuq, minnətdarıq

Şəhid Cəmil Həşimlinin anası Simuzər xanım isə “Şəhidlər vurulanda ölmür, unudulanda ölürlər. Ona görə gəlin Şəhidlərimizi unutmayaq”-deyə, çağırış edib.

Din xadimi Aqil xoca (Aqil Əliyev) Şəhidlərin rəhmətlik deyil, cənnətlik olduqlarını dilə gətirib.

Ziyarət zamanı həmçinin, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ziyarətdən sonra Şəhidin ata-baba ocağında anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

11:30

***

FOTOLAR:

DƏRDLİ, YARALI, HƏM DƏ QÜRURLU, DİK DURUŞLU ŞƏHİD ANASI…GÜLNAR ANA…

QƏHRƏMAN ŞƏHİD ATALARI…TURALIN ATASI YADULLA KİŞİ, MİNGƏÇEVİRLİ TƏBRİZİN ATASI İLDIRIM KİŞİ VƏ QARDAŞ YOLUNU HƏLƏ DƏ HƏSRƏTLƏ, ÜMİDLƏ GÖZLƏYƏN ŞƏHİD QARDAŞI RUSLAN…

ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…

***

GƏLƏCƏYİMİZ OLAN MƏKTƏBLİLƏR…

***

MƏĞRUR, QÜRURLU ŞƏHİD ATASI…

TURALIN DÖYÜŞ YOLDAŞLARI…

ŞƏHİD ANALARI, CƏNNƏT ANALAR…

***

12:05

***

VƏ ANIM MƏRASİMİ…

Anım mərasimində də Şəhidin, Şəhidlərin ruhuna dualar edilib.

Tural Eyyubov da daxil olmaqla, cəmi Şəhidlərin İgidliyindən, Qəhrəmanlığından bəhs olunub.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid anası Cəmilə Nağıyeva Birinci vitse-prezident Mehriban Əliyevadan-KÖMƏK İSTƏDİ: “ÖVLADIMIN ANIM GÜNÜNÜ, ANIM MƏRASİMİNİ KEÇİRMƏK ÜÇÜN YERLƏ TƏMİN OLUNMAĞIMA KÖMƏKLİK GÖSTƏRİN”

Read Next

Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qubadlı rayonundan-FOTO PAYLAŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir