Ali təhsilli, Baş leytenant, ailənin üç övladından biri, Şəhidliyindən sonra tək qız övladı dünyaya gələn-VƏTƏN SEVDALISI SAMİQ FƏRZƏLİYEV…ŞƏHİDİN ALİ TƏHSİL ALAN VƏ KÖRPƏSİ İLƏ KİRAYƏDƏ YAŞAYAN XANIMI MƏNZİLLƏ TƏMİN OLUNACAQMI, XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLƏCƏKMİ? – FOTOLAR

Samiq Misir oğlu Fərzəliyev…

8 iyul 1992-ci il təvəllüdlü, Tovuzlu, Güvəndikli…

Ailənin 3 övladından-2 qardaşdan biri…

Ali təhsilli, peşəkar hərbçi…

Samiq Azərbaycan Dövlət Aqrar Universitetini bitirsə də, həqiqi hərbi xidmətini başa vurduqdan sonra həyatını Ordu, hərb ilə bağlamaq qərarını verib…

Bu istəyi nəzərə alınaraq, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Ali Hərbi Məktəbinə kursa göndərlib və Leytenant hərbi rütbəsinə layiq görülüb…

O vaxtdan peşəkar hərbçi kimi Azərbaycan Ordusundə fəaliyyətə başlayıb və bir müddət sonra Baş leytenant hərbi rütbəsini daşımağa başlayıb…

Bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib…

Və şərəfli döyüş yolu 10 gün çəkib Şəhidimizin, Vətən sevdalımızın…

Oktyabrın 6-dan 7-nə keçən gecə Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 3 gün sonra, oktyabrın 10-da doğulub boya-başa çatdığı Güvəndik kəndinin qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, bir neçə medalla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

O, həm də evli-ailəli olub…

2019-cu ildə Tovuz rayonundan olan Aytac adlı qızla evlənib…

Və Şəhidliyindən iki ay sonra-2020-ci ilin dekabr ayında Samiqə adlı qız övladı dünyaya gəlib…

Övladını gözrmək arzusu gözlərində qalıb…

Ruhu köməyi olsun, torpağı sanı yaşayasın!

***

Dünən, 25 yanvar tarixində Şəhidimizin xanımı ilə Şəhid Ramiq Mikayılovun Cənnətdəki üçüncü doğum günündən evimə dönərkən tanış oldum…

Yol boyu onunla xeyli söhbətləşdim, dərdləşdim…

1994-cü il təvəllüdlü Aytac xanım cəmi bir ilin gəlini olub…

Hazırda da ata üzünü görməyən övladını, Samiqinin əmanətini böyüdür…

Həmçinin, Azərbaycan Dövlət Texniki Universitetində, 2-ci kursda təhsil alır…

Qızı ilə Bakı şəhərində kirayədə qalır…

Bu isə istər-istəməz Şəhid xanımına çətinlik yaradır…

Ona görə yaxşı olardı ki, aidiyyatı qurumlar – başda da Sosial Xidmətlər Agentliyi – Şəhid xanımının durumunu, azyaşlı körpəsini nəzərə alaraq, onları Bakıda şəhərində mənzillə təmin etsinlər…

Bununla həm Şəhidimizin ruhu şad edilmiş, həm Şəhid xanımı və Şəhid balası az da olsa, rahatlıq, təskinlik tapmış olar…

Eyni zamanda, təəssüflər olsun ki, bugünə kimi Şəhidimizin adı, xatirəsi əbədiləşdirilməyib…

Hələ də Onun adına küçə və məktəb verilməyib…

Artıq bu məsələ də öz həllini tapmalıdır…

Bu, Şəhidimizin, cəmi 28 yaşında canını Vətən yolunda fəda edən Samiq Fərzəliyevin Haqqıdır!

Məkanı cənnətlik, ruhu şad olsun!

Allah valideynlərinə, ailəsinə səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ukraynaya təyyarələrin tədarükünə nail olmalıyıq…”-ZELENSKİ

Read Next

Sıxlıq olan yollar-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir