Ali təhsilli, peşəkar hərbçi, Baş leytenant, Qərargah rəisi, “Azərbaycan Bayrağı” ordenli-ŞƏHİD RAMIQ MİKAYILOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ: 30 YAŞININ TAMAMINDA SABUNCU GƏNCLƏR EVİNDƏ TƏDBİR KEÇİRİLDİ, KEÇDİYİ ŞƏRƏFLİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN DANIŞILDI… – FOTOLAR – YENİLƏNİB

İkinci Vətən Müharibəsi Şəhidlərindən olan əslən Şamaxılı-ailənin 3 övladından biri, bir övlad atası, ali təhsilli və peşəkar hərbçi, Qərargah rəisi, Baş leytenant, “Azərbaycan Bayarağı” ordenli Ramiq Mikayılovun 30 yaşının tamam olması, Cənnətdəki üçüncü doğum ilə bağlı tədbir keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, tədbir Sabunçu Gənclər Evində baş tutub.

“Dayaq” Vətən Müharibəsi əlillərinə və Şəhid ailələrinə Dəstək təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Şəhidin anası Gülgəz Mikayılova, tək qardaşı və bacısı, Bakı, Bərdə, Quba, İmişli, Kürdəmir, Şamaxı və başqa bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar, Sabunçu rayon İcra Hakimiyyətinin məsul şəxsləri, millət vəkili Vüqar İsgəndərov, siyasi partiyaların təmsilçiləri, Gənclər Evinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Ramiq Mikayılov 1993-cu ilin yanvar ayının 25-də Şamaxı rayonunun Ovçulu kəndində dünyaya gəlib.

Ailənin 3 övladından-2 qardaşdan biri idi.

Heydər Əliyev adına Ali Hərbi məktəbi bitirib, ali təhsilli, peşəkar hərbçi olub.

Peşəkar hərbçi kimi Azərbaycan Ordusunda fəaliyyət göstərib, Qərargah rəisi olub, Baş leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsi zamanı isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb, nəşi Ovçulu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla, o cümlədən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ailəli olub, bir övladı-oğlu Vətənə əmanət qalıb.

Cənnətdəki üçüncü doğum günü ilə bağlı tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra çıxışlar edilib, Ramiq Mikayılovun keçdiyi qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan söz açılıb, onun İgidliyi və Qəhrəmanlığından danışılıb.

Ailəsinə Allahdan səbr arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Ailəsi, anası Gülgəz Mikayılova da öz növbəsində tədbir iştirakçılarına minnətdarlığını bildirib, oğlu ilə Fəxr etdiyini, Qürur duyduğunu dilə gətirib.

Tədbirdə həmçinin, Şəhidə, Şəhidlərə həsr olunmuş mahnılar ifa edilib.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü-yubiley 30 yaşı mübarək olsun!

Nur içində yatsın!

17:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 59 yeni yoluxma-DAHA 7 ÖLÜM…

Read Next

1994-cü ildə, 26 yaşında Füzuli istiqamətində Şəhidlik məqamına ucalan-KÜRDƏMİRLİ YAŞAR SEYİDOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 29 il KEÇDİ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir