Ali təhsilli, peşəkar hərbçi, Kapitan, iki övlad atası, qızının iki yaşının tamamında Şəhid olan-NƏŞİ 86 GÜNDƏN SONRA DƏFN EDİLƏN NİYƏT ŞİRƏLİYEV…

İkinci Vətən Müharibəsi zamanı Qəhrəmanlıq dastanı yazan İgidlərimizdən, Vətən sevdalılarımızdan biri də ali təhsilli peşəkar hərbçi, kapitan Niyət İmran oğlu Şirəliyevdir.

Niyət Şirəliyev 1990-cı ilin 9 fevral tarixində Şamaxının Ovçulu kəndində anadan olub.

O, 1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.

Ali təhsilini bitirdikdən sonra, 2011-2012-ci illərdə Silahlı Qüvvəllərin Təlim vəTədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb.

2012-ci ildə “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

2014-cü ildə ona Baş leytenant hərbi rütbəsi verilib.

2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

2018-ci ildən Kapitan hərbi rütbəsi altında xidmətini davam etdirib.

2019-cu ildə Daşkəsəndə yerləşən “N” saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə “N” saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunub.

2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edib.

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də Kəlbəcər və Murov istiqamətində döyüşlərdə iştirak edib və elə döyüşlərin ilk günündə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb.

Nəşi yalnız 86 gündən sonra əldə edilib və 2020-ci ilin dekabrın 21-də Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla və bir ordenlə təltif olunub.

***

Niyət həm də ailəli olub.

2014-cü ildə Səadət adlı qızla evlənib və iki övladı dünyaya gəlib.

İki övladı Vətənə əmanət qalıb.

Hazırda oğlunun 5 yaşı, qızının 3 yaşı var.

Və qızının, Zeynəbinin 2 yaşının tamam olduğu gün Şəhidlik məqamına yüksəlib.

Ruhu şad, məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr versin!

Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca Niyət də, Niyətlər də yaşayacaq, var olacaqlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

20 yaşında Qəhrəmanlıq dastanı yazan və Şəhidlik məqamına ucalan-MAXE RÖVŞƏN MEHDİ OĞLU MEHDİYEV… – FOTOLAR

Read Next

Hava buludlu olacaq, arabir yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir