Ali təhsilli peşəkar hərbçi, Mayor, 3 övladı Vətənə əmanət qalmış-GORANBOYLU ŞƏHİD ƏLÖVSƏT MƏMMƏDOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇDİ, ŞƏHİDİN ANASINA “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün İkinci Vətən Müharibəsi zamanı 32 yaşında Şəhidlik məqamına ucalan Mayor Əlövsət Məmmədovun Anım Günüdür.

Goranboy rayonunun Muzdurlar kəndindən olan 1988-ci təvəllüdlü, ali təhsilli peşəkar hərbçi, ailənin 3 övladından-iki qardaşdan biri, 3 övladı Vətən əmanət qalmış Əlövsət Əli oğlu Məmmədovun Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasının iki il keçir.

Etikxeber.az xəbər verir ki, Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Muzdurlar kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Qısa çıxışlar edilib, Əlövsət Məmmədovun və cəmi Şəhidlərin İgidliyi və Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən söz açılıb, Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidin Əbədiyyətə uğurlanmasının ikinci ili bağlı Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Eyni zamanda, Şəhidin anasına-Xalidə İsgəndər qızı Məmmədovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Medal və vəsiqəni Şəhidin anasına jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Goranboydan olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

14:28

***

FOTOLAR:

19:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 7 yeni-YOLUXMA…

Read Next

Anası tərəfindən minbir çətinliklə və təkbaşına böyüdülən, Gəncədə ev adına uçuq-salxaq daxmada yaşayan, 40 günlük döyüş yolu keçən-4 MEDALLI ŞƏHİD MÖHLƏT ABBASOV – ŞƏHİD AİLƏSİNƏ-ANASINA QARŞI LAQEYDLİYƏ, BİGANƏLİYƏ SON QOYULACAQMI, GEC DƏ OLSA, ONLAR HAQQ ETDİKLƏRİ MƏNZİLLƏ TƏMİN EDİLƏCƏKLƏRMİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir