Ali təhsilli, peşəkar hərbçi, qərargah rəisi, ailənin tək oğlu, iki övlad atası-ƏSƏD NƏSƏNOVUN BU GÜN 34 YAŞ TAMAM OLDU… -FOTOLAR – YENİLƏNİB

Bu gün əslən İmişli rayonunun Şahverdili kəndindən olan ailənin iki övladından biri, tək oğul, ali təhsilli peşəkar hərbçi, kapitan, qərargah rəisi, iki övlad atası Əsəd Fərhad oğlu Həsənovun doğum, Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, 1988-ci ilin 16 aprel tarixində dünyaya gələn və bu gün 34 yaşı olan Şəhid Əsəd Həsənovun Cənnətdəki ikinci ad günü ilə bağlı Masazır qəsəbəsində yerləşən “Xazar food”da mərasim-iftar süfrəsi düzənlənib.

Mərasim-iftar süfrəsində Şəhidin valideynləri, həyat yoldaşı, Bakı, Sumqayıt, Bərdə, Siyəzən, Lənkəran və digər bölgələrdən olan Şəhid anaları, Şəhid ailələri, hərbçilər, din xadimləri və başqa şəsxlər iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, ruhuna dualar oxunub, İlahilər, dini mahnılar səsləndirilib.

Mərasim-iftar süfrəsi 3 saata yaxın davam edib.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü, mövludu mübarək olsun!

Nur içində yatsın!

22:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan yeni zəfərlərə doğru inamla irəliləyir”-FATMA YILDIRIM

Read Next

Bir gecədə saçları ağardı buna deyilər…VƏ YA ÇƏKDİKLƏRİ KİTABA SIĞMAYACAQ DƏRLİ ŞƏHİD ANASININ KƏDƏRLİ HEKAYƏTİ…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir